Ömər Xəyyam: "Anam ərə getdi"
12:54 – 23 İyun, 2014

Əsgərlikdən qayıdanda öyrəndim ki, tay-tuşlarımın hamısı  evlənib. Bəxtimdən bütün gözəl qızlar da "zanit" idi. Eləmə tənbəllik, aradım-araşdırdım, məndən cəmi bircə bahar kiçik olan Xədicəni tapdım. Necə deyərlər, bir az romantikləşdim, bir az ədəbiləşdim, axırda şairləşdim, amma nə yalan deyim bu qızı zamanla sevdim. Bələdiyyə Mahmudun qızı idi. Məktublaşdıq, dağda-dərədə, tində bucaqda görüşdük. Hətta məktublarda uşaqlarımız da olmuşdu. Qızımıza Xədicənin anasının adını qoymuşduq. Çox elçisi olmuşdu bu qızın. Mahmud "başlıq puluna" elə qiymət qoymuşdu ki, elçilər suyu süzülə-süzülə geri qayıtmışdılar. Dedim, gedim “urusetə”, puldan-paradan yığım, gəlim. gya başqa haramız vardı ki? O vaxtlar bizim tərəfin ceyilləri pul dalınca o tərəflərə gedərdi. İlk başda anam razı olmadı, evin tək oğlu idim. Başladı deyinməyə, ağlamağa, sızlmağa.
 
- Bir yetimçə məndən üstün oldu? Ona görə gedirsən, mənə görə qalmırsan_-dedi.
Arvad hətta and-aman eləmişdi ki, sənsiz ölərəm. Amma belə danışmağına baxmayın anamın. Çünki sonralar öyrəndim ki, dədəm anamın atasına başlıq pulu ödəmək üçün 3 il Arxangelskdə zülm çəkibmiş.
Xədicə də razı idi getməyimə, amma "aşk" sözü vermişdi -gözləyəcək, sona kimi gözləyəcək!
Nə isə, nə başınızı ağrıdım. Dədəm də qarışdı bu məsələyə:
- Xoşbəxt ol, ancaq orda Nataşalar səni yoldan azdıracaq, unudacaqsan bizi də, Xədicəni də. Onda gülmüşdüm kişinin danışdığına.
Nə isə... Heç kəsi dinləmədən getdim. Hələ burda camaatın həyətini belləyib bir az pul yığmışdım, onu da yolxərci elədim. Atamın verdiyi pulu isə corabımın içində saxlayırdım. Yad yerdi, soyarlar adamı! Arzularım vardı, qayıdıb özümə ev tikərəm, ayrı yaşayarıq filan. Elə belə şirin arularla yola düzəldim.
Düzü uzun müddət çətin oldu. Sonra iş tapdım. Şam meşələrində ağac kəsirdik motorla. Hər ağac başına da pul alırdım. Belə-belə günü axşam edirdik. İş yoldaşlarımla içirdim, əylənirdim. Nataşalarla "dərdləşmirdim". Axı söz vermişdim Xədicəmə.
Məktublaşırdıq, darıxırdıq, ağlayardıq, ayrılıq "zor"laşırdı. Bir qazaxlı ilə dostlaşmışdıq. Bir evdə kirayədə qalırdıq. Yaman vuran idi. Qaçaq gəlibmiş o vaxt, sənədi-zadı yox idi. Qarlı-şaxtalı bir gündə oturduq vurmağa. Gecənin yarısında bunun "Nataşa hissi" oyandı, durub getdi. İki dəqiqə keçməmiş qayıtdı:
- Yaman şaxtadı, ağrın  alem, bir şey ver atım çiynimə.
Mən gödəkcəmi verdim – cibində də sənədlərim. Gecəni gəlmədi. Səhər eşitdim ki, gecə onu maşın vurub, tanınmaz hala salıb. Sifətinin yarısı yoxdur. Onunla mən də öldüm. Mənə deyən lazımdı ki, sənin gödəkcən onun əynində nə gəzir. Hə, cibindən mənim sənədim çıxınca, elə o adla da meyiti yollayıblar ölüxanaya. Ordan da dədəm evinə - doğma vətənə. Sənədlə öldüm. Başladım ölü kimi yaşamağa. Düz iki il beləcə ötdü. Sonra birtəhər gəldim Dağıstana, ordan qaçaq kimi keçdim vətənə. Gəldim gördüm lələ köçüb yurdu qalıb. Deməli belə. Dədəm keçən yay dünyasını dəyişib. Anam da nə mənsiz, nə dədəmsiz  ölməyib. Bu bir yana, üstəlik qonşumuz Şamil kişiylə evlənib. Evlənib evlənib də da neynəyəsiydim ki.  Sizə kimdən deyim, kimdən danışım saçı uzun Xədicə xanımdan. Mən gələndə artıq yanı balalı idi, mənim Xədicəm.  Bir qarın doğmuşdu - özü də oğlan uşağı. Birinə də hamilə idi. Sağolsun qonşularımız. Qoyub getdiyim bütün qadınlara sahib çıxmışdılar. O da o biri qonşumuz Fərhadın həyat yoldaşı idi.
Beləcə məndən əsər əlamət qalmamışdı. Getdim özümü ziyarət eləməyə. Yəni məzarımı. Yəni qəbiristalıqdakı məzarımı. birtəhər tapdım. Adamın üstündə allah var. Əməlli başlı, ədəb-ərkanla dəfn eləmişdilər məni. Oturub xeyli ağladım özümü. Yəqin ki, heç kəs məni belə ürəklə ağlamışdı.

X

XƏBƏRLƏR
BÖYÜT