İnternet və ənənəvi çap məhsullarının rəqabəti...
17:26 – 21 Oktyabr, 2014

Əslində, buna rəqabət demək də mümkün deyil. Birinci ikincini üstələyib, onun “bazarı”nı əlindən alıb. Peşəkar jurnal redaktorlarının yenidən işləmək üçün müəllifə qaytardığı əsərlər üç gün sonra saytlarda tirajlanır, facebookda paylaşılır. Və əlbəttə, ədəbi orqanların redaktorları bu mənzərədən narazıdırlar.

Səbəblər kifayət qədər çoxdur: internet qeyri-peşəkar müəllifləri, zəif əsərləri oxucuya müasir dövrün yazıçısı, ədəbiyyatı kimi təqdim edir.

Bəs bu mənzərə necə tənzimlənməlidir?!

“Ulduzlu kvartet”də Yazıçılar Birliyinin katibi, yazıçı İlqar Fəhmi və “kitabxana.net” portalının rəhbəri Aydın Xanla bu suala cavab axtarmışıq...

X

XƏBƏRLƏR
BÖYÜT