İlahi
14:45 – 28 Yanvar, 2015

Yatağın nə sağında

Nə solunda,
Nə bir gözəlin qolunda
Yatmaq istəmirəm.

İlahi, 
Nə söyüd kölgəsində,
Nə dünyanın ən azad ölkəsində
Yatmaq istəmirəm.

İlahi,
Dar quyu dibində,
Qaranlıq nəm içində,
İşıqlı qəm içində,
Ağrısız,
Bir azca yatmaq istəyirəm...

Vaqif Səmədoğlu

X

XƏBƏRLƏR
BÖYÜT