Gedəsən...
18:44 – 02 Fevral, 2015

Bu sevgi tükənən bir yol deyilmiş

Sən də öz sonuna gəlib, gedəsən…

Bax mən bir gündə qocalmadım ki?

Əsən əllərimə gülüb gedəsən…

 

Dərdik dərdiyimiz bir gül olmadı

Gördük gördüyümüz bir gün olmadı

Sən dəniz mən qumlu sahil olmadım

Mənə yazılanı silib gedəsən…

 

Həyat da, ölüm də döndü vərdişə

beləmi olacaq görən həmişə

Əlinə bircə gün Allahlıq düşə

Allahın çəkdiyin bilib gedəsən.

 

Aqşin Yenisey

X

XƏBƏRLƏR
BÖYÜT