İlahi...
16:58 – 26 Fevral, 2015

Mənə nəsə yaz İlahi...

Alnımda yazılmışlar,
Vallah sənin xəttin deyil
Dürüst ol bir az İlahi...
Üz çevirib öz bəndəndən 
Küsmək, sənin həddin deyil
Məni sən verdin anama
Anamı sən aldın məndən
Hər nəyim var çəkib getdi
Axıra sən qaldın mənnən
Amma susma!

danış nəsə
Belə də olmaz İlahi!..
Alnımdakın özgə yazıb,
Silib özün yaz,

İlahi!..

 

İlqar Rəsul

X

XƏBƏRLƏR
BÖYÜT