Sofi Loren: "Heç kimin bəyənmədiyi çəlimsiz qız kino mələyinə çevrildi"
10:55 – 11 Mart, 2015

.

Onu kinonun ilahəsi adlandırırdılar. Ancaq o, haqqında deyilən başgicəlləndirici tərifləri tamamilə inkar edərək: "Mən ulduz deyiləm. Çox istərdim ki, insanlara daha çox köməklik edim, onlar xoş əhval bəxş edim, ancaq əlimdən gələn yeganə bacarığım gülüşümdür" deyirdi.

Sofi Loren, dünya kinosunun gözəl, cazibədar, ən çox arzulanan aktrisalarından biri. Hətta ona filosof da deyirdilər. Aktrisa ona niyə belə dediklərini çox yaxşı anlayırdı, ancaq təvazökarlığı ilə seçilən Sofi heç vaxt bu haqda özünü bilməzliyə qoyur və suallardan yayınmağa çalışırdı. 
 
1934-cü il sentyabrın 20-də Romada yoxsullar üçün nəzərdə tutulmuş xəstəxanada dünyaya gələn Sofiya Riakardo Çikollone və fortepiano müəllimi, həmçinin əyalət aktrisası Romilda Villanin qanunsuz qızıdır. Atası ailəni atıb gedəndən sonra onlar yoxsulluq həyatının ən acı üzünü yaşamağa məhkum olurlar.  Anası Sofidə olan istedadı hiss edirdi. İnanırdı ki, qızı bu yoxsul ailənin gələcəyə ümididir. Düşünürdü ki, öz yarımçıq arzularını məhz qızının həyatında gerçəkləşdirəcək. Onu özü ilə tez tez teatra gətirirdi. Teatr mühitini, səhnədə aktyorları görən Sofi anasına söz verir ki, mütləq aktrisa olacaq. Günlərin birində Roilda gözəllik müsabiqəsi ilə bağlı elan görür. Baxmayaraq ki, Sofi çox arıq və çəlimsiz idi. Hətta özünü bəyənmirdi. Lakin anası bilirdi ki, onun qızı gözəldir və bu gözəllik bir qızına uğur gətirəcək. Bəli, o yanılmırdı. Ona görə də cəsarət edib, Sofinin  şəklini gözəllik müsabiqəsinə göndərir. Çimərlik paltarında podiuma çıxan Sofi paltara uyğun olmasa da anasının dikdaban ayaqqabısını geyinir.  Münsiflər heyətinin diqqətini cəlb edən yeniyetmə «Dəniz gözəli» nominasiyasının qalibi olur. Priz olaraq ona Romaya qədər ödənişsiz bilet və 35 dollar verilir. Bir müddət sonra Sofi daha bir gözəllik yarışmasına qatılır. 
 
 
Bu dəfə onun adı Romada keçirilən ümummilli gözəllik müsabiqəsinin qalibləri sırasında çəkilir. Bu müsabiqə həyatını bir anın içində dəyişir. Onun şəkilləri İtaliyanın ən məşhur jurnallarının üz qabığını bəzəməyə başlayır. Ancaq anası düşünürdü ki, bu hələ məqsədə çatmaq deyil. Öz  aktrisa uğurusuzluğu və səhvləri ona yetərincə təcrübə qazandırmışdı. Ona görə də qızının əlindən tutub irəliyə aparmağa çalışırdı. Yalnız Neapol dialektində danışmağı bacaran Sofiya Romaya köçmək üçün italyan, ingilis və fransız dillərini öyrənir. İnadkarlığı və əzmi bununla da bitmir. Dəfələrlə kino çəkilişi sınaqlarına qatılır, saatlarla prodüserlərin qapısı ağzında gözləməli olur. Bu ərəfələrdə o, özündən 22 yaş böyük olan gələcək həyatı yoldaşı, prodüser Karlo Ponti ilə tanış olur. Həmin vaxt Karlo evli idi. Üstəlik Sofi təcrübəsizliyin və tanınmaq hərisliyinin qurbanı olub açıq saçıq səhnələri bol olan qısametrajlı filmə çəkilmişdi. Film heyətə çox böyük etiraz yaratmışdı. Karlo demək olar ki, həmin filmin bütün orijinal çəkilişlərini satın almağa məcbur olmuşdu ki, Sofinin imicini qorusun. Sofinin inamını və sevgisini qazanan Karlo onun əri olmaq şansını qazanır. Cütlüyün oğlu doğulur. Çoxları təccüblənir ki, bellə cazibədar və məşhur aktrisanın həyatında bir rəsmi evliliyi olub. Ancaq gizli eşq macəralarında adı hallanan Sofi demək olar ki, həmişə ailəsini qorumağa çalışırdı və bunu bacarmışdı. 
 
Karlo Sofiyə həmişə dəstək olurdu.  Əlbəttə, Sofi anlayırdı ki, onun ulduz kimi parıldamasında ərinin əməyi  danılmazdır. Məhz Karlo arvadına Loren təxəllüsünü götürməsini məsləhət görmüşdü. Onun əziyyəti sayəsində Sofi, 1954-cü ildə Entoni Kuin ilə birgə "Atilla" filmində baş rola çəkilir. 
Bu film Sofiyə arzuladığı qədər böyük uğur gətirmir. Ancaq gözlənilən uğur çox da uzaqda deyilmiş. Elə həmin ildə rejissor Vittorio de Sikanın çəkdiyi «Neapol qızılı» filmindən sonra Sofiya özünün də gözləmədiyi məşhurluğu qazanır. 
 
Bu filmdən sonra o, Vittorionun istəkli aktrisası, Vittorio isə onun sevimli rejissoru olur. Vittorio Sofini sevdiyini hər kəsin qarşısında çox açıq şəkildə dilə gətirməkdən çəkinmirdi. 
 
Vittorio filmlərdə Sofinin gözəlliyindən silah kimi yararlanmağa çalışmırdı. O həm də aktrisanın sadə İtalyan qadınlarının xarakterini də canlandırmasına şərait yaradırdı. Bu da Sofinin çoxşaxəli istedadlı aktrisa kimi tanınmağına böyük təsirini göstərirdi.  O, təkcə ölkəsinin deyil, artıq xarici kino rejissorlarının da diqqətini çəkməyə başlayırdı. Sofi 1960-cı ildə müharibə mövzusunda çəklimiş "Çoçara" filmində Çezira rolunu canladırır. Bu obraz aktrisaya böyük uğur qazandırır və o, ən yaxşı qadın rolu nominasiyasında Oskar mükafatına layiq görülür.
Sofi Lorenin ən çox təfədaş olduğu aktyor Marçello Mastoryanni idi. Onlar xarakter və görkəm cəhətdən bir-birilərini tamamlayırdılar. Onları kino tarixinin ən uğurlu cütlüyü kimi xarakterizə edirlər. 1963-cü ildə "Dünən, bu gün, sabah", 1964-cü ildə "İtalyansayağı evlilik", 1970-ci ildə "Günəbaxanlar" Marçello və Sofini romantik səhnələrin məşhur cütlüyü kimi tanıdır. 1977-ci ildə rejissor Ettore Skola onu tanınmış aktyor Marçello Mastoryanni ilə birgə "Qeyri-adi gün" filminə çəkir. Hər iki aktyorun şöhrətinin pik dövrünə düşən bu film də böyük səs-küy yaradır.
 
Bir-birindən uğurlu filmlərdən sonra Sofi dünya kinosunun da diqqətini çəkməyə başlayırdı. Ancaq bir çox qəzet və jurnallar onu aktrisa yox, seks-simvol kimi təqdim edirilər. Bu, vəziyyət Sofinin qətiyyən xoşuna gəlmirdi. 
 
Amerikada onu izləyən şöhrət və uğurlara baxmayaraq, Sofi vətəninə qayıdır. «Mən özümü Amerikada rahat hiss etmirdim. Başa düşürdüm ki, öz vətənimə — İtaliyaya qayıtmalıyam». deyir.
 
Sofinin illərlə qoruya bildiyi bədən quruluşu hətta bir az yaşı vaxtlarında belə açıq səhnələrə çəkilməsini əngəlləmirdi. O, bu performansını 1994-cü ildə ironik komediya janrında çəkilmiş yüksək dəb filmində yenə də Marçello ilə birgə göstərir. Bu film həm də cütlüyün birgə çəkildiyi sonuncu film olur. 
 
Hazırda 80 yaşı olan aktrisa müsahibələrində üzündəki qırışların qadının gözəlliyinə əngəl olmadığını, əsas bədən qururluşunu qorumağın vacibliyini deyir. Kino ilahəsi son illərdə filmlərdə rol almaq istəməsə də festivallara, kino müsabiqələrinə fəxri qonaq kimi dəvət olunur. 
 
X

XƏBƏRLƏR
BÖYÜT