Sevil və Sevinc: "Əkizlik bizə yaşıl işıq yandırıb"
16:59 – 27 Mart, 2015


  -Adınız?
 
-Sevinc,  Sevil
 
- Soy adınız?
 
Sevinc: Səfərovalar
 
- Təvəllüdünüz?
 
Sevinc:  11 noyabr 1990-cı il.
 
- Bürcünüz?
 
Sevinc: Əqrəb.
 
-Doğulduğunuz yer?
 
Sevil: Masallı şəhəri.
 
- Təhsiliniz?
 
Sevinc: Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi.
 
- Sənətiniz?
 
Sevinc: Müğənni
Sevil: Aparıcı
 
- Niyə rəssam olmadınız?
 
Sevinc: Orada pul az idi. Fikirləşdik ki, bəlkə müğənnilikdə pul çox olar, amma yanıldıq. 
 
- Əkiz olmağınız sizə sənətdə nə verib?
 
Sevinc: Əkizliyimiz bizə yalnız uğur gətirib. Əkizlik bizə yaşıl işıq verib. Çünki hər zaman biri-birimizə dayaq olmuşuq. 
 
- Sizi dəyişik salanlar çoxdur?
 
Sevinc: Anam da bu günə qədər bizi səhv salır. 
 
- Deyirlər ki, bu sahədə çoxlu pul var, siz isə əksini deyirsiniz. 
 
Sevil: Bu sahədə pul qazanmaq da var, çoxlu xərcləmək də. Hər bir sahədə pul qazanıb xərcləmək olar, amma bu qədər yalnız ifaçılıq sənətindədir. Bu sahədə ayda ən azı 25 min manat pul xərcləmək lazımdır. 
 
- Başqa müğənnilərlə münasibətiniz necədir?
 
Sevinc: Əla, hər kəsi çox istəyirik. Hər biri çox gözəldir və çox sağ olsunlar. Ancaq hərdən üzümüzə gülüb, dalımızca danışdıqlarına görə də çox sevirik  onları.  
 
- Bəs öz aranızda inciklik olur?
 
Sevil: Tez küsüb barışırıq. Acan kimi ikimizi də eyni sual düşündürür, nə yeyəcəyik? Əsas davalarımız isə gedəcəyimiz məkanla bağlı olur. Hərdən birimiz getmək istəyən məkanı o birimiz istəmir. 
 
- Zövqləriniz fərqlidir?
 
Sevinc: Geyim baxımından ümumiyyətlə fərqli deyil. Hər şey biri-birini tamamlayır. Amma xarakter baxımından tam fərqliyik. Sevilin xarakteri daha yumşaqdır. 
 
- Hansı yeməkləri sevirsiniz? 
 
Sevil: Suşi və yarpaq dolması. Amma heç birini bişirə bilmirik. 
 
- Boş vaxtlarınızı necə keçirirsiniz?
 
Sevinc: Heç boş vaxt olur ki, keçirək də. 
 
- Pəhriz saxlayırsınız? 
 
Sevinc: Yox, pəhriz bizi saxlayır. Nə yeyiriksə formada qala bilirik. Əsas odur ki, insan özü özünü saxlasın. 
 

X

XƏBƏRLƏR
BÖYÜT