Qorxuram
16:03 – 06 Aprel, 2015

Ayağımın altını qazanlar

Qəbrimi də qazsalar,

Qorxuram,

Üstümə çəkməyə

Qəbrimin torpağı çatmaya.

 

Anam, ölsəm,

Gözləmə ağ dalınca gedənləri,

Gözlərinin ağıyla kəfənlə məni.

Görsən üşüyürəm,

qaçıb torpaq üstümdən,

Əllərin titrəyə - titrəyə

Ayağının altından qaçan torpağı

Çək üstümə.

 

Dostlarım,

dəfn edəndə məni,

İmkan verməyin düşmənə

beli götürə əlinə.

Yoxsa düşmən,

belin arxasıyla

Torpağın kürəyindən vuracaq,

Torpaq qurbanını tez udsun deyə.

 

Tanrım,

Hər ölən insan torpağı bir az qaldırır göyə.

Ölümün vaxtı deyilsə hələ,

İmkan vermə namərdlərə.

Yıxanda məni

elə yıx ki, yerə,

Torpağı bir az qaldırım göyə.

 

Rza

X

XƏBƏRLƏR
BÖYÜT