Afaq Aslan:"Sevgi dəlisiyəm"
14:32 – 09 Aprel, 2015
Adınız?
- Afaq
 - Soyadınız?
- Aslan
- Təvəlldünüz?
 - 1987-ci il
- Bürcünüz?
- Qız bürcü
- Sənətiniz?
- İxtisasca memaram. 
Bəs niyə musiqi təhsili almamısınız?
- Azərbaycan Dövlət  Mədəniyyət və incəsənət universitetinə qəbul olunmaq istəyirdim, amma ailəm razı olmadı. İndi ailəm müğənni olmağımla razılaşıb. Düşünürəm ki, yaxşı müğənniyəm. Hazırda yeni layihələr üzərində işləyirəm. Ümid edirəm ki, uğurlu olacaq. Musiqiyə sırf pul qazanmaq sahəsi kimi baxmıram. Sadəcə həvəsim olduğu üçün bu sənətdəyəm. 
 Bu sahədə irəliləmək üçün həm də yaxşı maliyyə olmalıdır. 
- Bəli, şəxsən mən bu sənətə nə qədər pus xərcləmişəm, amma qarşılığını görməmişəm. Sadəcə başqa biznesim olduğu üçün mən pul sarıdan əziyyət çəkmirəm. Oradan gələn gəliri sənətimə sərf edirəm. Mənə aparıcı olmaq təklifi də gəlir. Amma aktrisa kimi özümü sınamaq istəyərdim. Yaxınlarda bir serialda rol alacağam.
 
- Özünüzü uğurlu müğənni sayırsınız?
- Deyərdim ki, şanslı müğənniyəm. Çox vaxt heç gözləmədiyim vaxtlarda üzümə qapılar açılıb. 
- Bəs, üzünüzə qapı bağlayanlar olub?
- Əlbəttə, cəhd edənlər olub, amma bacarmayıblar. Özümü güclü qadın hesab edirəm
- Güclü qadın olaraq hansısa kişinin arxasında dayanmısınız?
- Xeyr, qadın nə qədər güclü olsa da güclü kişinin ona dayaq olmağını istəyir. Mənə dayaq olan güclü kişi var. 
- Serialda ya filmdə hansı təkliflə qarşılaşsanız, oynamaqdan imtina edərsiniz?
- Erotik filmlərə çəkilmərəm. Geyimdə kompleksli olmasam da xarakterimdə komplekslərim çoxdur. Fotosessiyalarda açıq-saçıq geyimlər geyinsəm də, gündəlik tərzimdə açıq geyimləri sevmirəm. Xarici görünüşüm elədir ki, qapalı da geyinsəm diqqəti cəlb edirəm. Özümü gözəl yox, şarmlı qadın hesab edirəm. 
- Görüş təklif edənlər olur?
- Əlbəttə, tanış olmaq istəyənlər çox olur. Belə görüşlərdən uzaq gəzirəm. Çünki, mənim kifayət qədər vaxtım yoxdur ki, hər arzulayanla görüşüm
-  Sizə daha çox nə maraqlı gəlir?
- Yaxşı rəssamlıq qabiliyyətim var. Boş vaxtlarımda rəsmlər çəkirəm. Film izləməyi sevirəm , tez-tez kinoteatra gedirəm. Ən çox romantik filmləri izləməyi sevirəm. Mən özümü  sevgi dəlisi adlandırıram.  Aşiq olmağı, sevməyi, sevgi yaşamağı sevən insanam. Bir insanı sevəndə gözüm elə bağlanır ki, başqa heç kəs məni maraqlandırmır. Ayrılanda depressiyaya düşürəm. Onda sənətim də yadımdan çıxır. 
 Necə istirahəti sevirsiniz?
- Azərbaycanda istirahət etməyi xoşlamıram. həmişə çalışıram ki, xaricdə istirahət edim. 
- Ən zəif xarakteriniz?
- Sevdiyim insan qarşısında çox gücsüz oluram.
X

XƏBƏRLƏR
BÖYÜT