Dönən deyil...
15:34 – 20 Aprel, 2015

bilirsən ən pisi nədi?

öz-özünlə danışırsan
qarşında o varmış kimi.
öz-özünə sual verib,
özün cavab axtarırsan
suallara...
bilirsən ən pisi nədi?
hər kəs sənin ürəyində
fırtınanı görə bilmir
gülüşünlə aldadırsan
hər adamı.
axı damla yaş axarsa
gözlərindən
aciz bilər səni hamı.
bilirsən ən pisi nədi?
o insanın xəyalıtək
sənə kimsə doğma deyil
səni kimsə ovutmur,
öz dünyanda yaşayırsan.
bilirsən ən pisi nədi?
acıq-aşkar, bilə-bilə
kiməsə qurban verdiyin
ömür geri dönən deyil...
 

Günel Treu

X

XƏBƏRLƏR
BÖYÜT