Gülay Zeynallı: "Yaxın zamanlarda səhnəmizin gözəl bir Leylisi olacam"
14:14 – 06 May, 2015

APA.TV-nin "Bunker"inə bu dəfə xanəndə düşüb.   
 
-Siz Bunkerdəsiniz, adınız və soyadınız?
 
- Gülay Zeynallı
 
- Təvəllüdünüz?
 
- 1988-ci il
 
-Doğulduğunuz şəhər?
 
-Bakı
 
-Bürcünüz?
 
-Əkizlər
 
-Təhsiliniz?
 
- Ali təhsilli xanəndə
 
- Niyə bu sənəti seçdiniz?
 
- Çünki sənətimi sevirəm. Bu seçimimə görə peşman deyiləm. Sənətim sayəsində sevilirəm və hörmətli bir xanımam. Mən sevdiyim peşədə və zirvədəyəm. 
 
- Sizin üçün səhnə nədir?
 
- Böyük bir məkan, çox məsuliyyətli və sevimli bir yer. 
 
- Bəs siz, səhnə üçün kimsiniz?
 
- Gənc bir xanəndə. Amma, inşallah, yaxın zamanlarda səhnəmizin gözəl bir Leylisi olacağam. Bu mənim ən böyük arzularımdan biridir. 
 
Siz yaxşı xanəndəsiniz?
 
- Bəli, mən hesab edirəm ki, yaxşı xanəndə və yaxşı insanam. Bizim sənətdə yaxşı xanəndə olmaq olar, amma yaxşı insan olmaq qəliz məsələdir. 
 
- Sizi sevməyən müğənnilər çoxdur?
 
-        Bilmirəm. Arxamca nə danışdıqlarından xəbərsizəm, ancaq üz-üzə gələndə yaxşı münasibət göstərirlər. 
 
- Qarşıda nə planlarınız var?
 
- Bizim sənətdə ən böyük uğurlardan biri solo konsertdir. Yaxınlarda mənim də konsert proqramı ilə çıxış etmək fikrim var. 
 
- Sənətdə dayağınız kimdir?
 
- Mənim Gülay olmağımın səbəbkarı göydə Allah, yerdə anamdır. Bu sənətə məni anam gətirib. Ona çox minnətdaram. Mən səhnəyə çıxanda tək özümü və öz ətrafımı deyil, həm də anamı, bacılarımı, həyat yoldaşımı, dostlarımı ətrafımı və tanışlarımı düşünürəm. 

X

XƏBƏRLƏR
BÖYÜT