Elvin Abdullayev: "Deməzdim ki, camaat məndən ötrü ölür"
17:48 – 14 May, 2015

 

Estarada müğənnisi Elvin Abdullayev APA.TV-nin “Bunker”inə düşdü.
 
-Adınız?
 
-Elvin
 
-Soyadınız?
 
-Abdullayev
 
-Təvəllüdünüz?
 
- 22 mart 1987-ci il
 
- Doğulduğunuz yer?
 
- Bakı şəhəri
 
-Bürcünüz?
 
- Qoç
 
- Təhsiliniz?
 
- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Solo estrada fakültəsini bitirmişəm.
 
- Səhnəyə ilk çıxışınız necə olub?
 
- 8-9 yaşım olardı. Artıq İ. M Əbilov adına  Mədəniyyət Mərkəzində ifaçı kimi fəaliyyət göstərirdim. Ancaq professional səhnəyə 2006-cı ildən gəlmişəm. Ən böyük uğurlarım “Bakı payızı” və “Yeni ulduz” mahnı müsabiqələri olub. 
 
- Niyə bu sənəti seçdiniz?
 
- Böyüklərim məndə istedad gördülər. Mən də bu sənəti çox sevirdim. 
 
- Sizcə, səhnə müqəddəsdir?
 
- Xeyir, mənə görə səhnə müqəddəs deyil. 
 
- Tamaşaçı necədir bəs?
 
-Son zamanlar tamaşaçılar o qədər də ürəkaçan deyil. Çünki onlar sosial aləmdə müğənniyə istədiklərini yaza bilirlər. Bəzən bu, təhqirə qədər gəlib çıxır. Amma əvvəllər belə deyildi və incəsənət aləminə hörmət var idi. Əslində indi də hörmət olunmalıdır. Düzdür, bu mənə aid deyil. Çünki mən hər zaman çalışmışam ki, efirdə də həyatda olduğum kimi görünüm. Və Şükür ki, öz ünvanıma mənfi heç nə eşitməmişəm. 
 
- Sizə təlabat var?
 
- Normaldır. Deməzdim ki, camaat məndən ötrü ölür. Axı bir nəfəri hər kəs sevə bilməz. Amma görürəm ki, ən çox yaşlı nəsil mənim mahnılarımı bəyənirlər. Şükür, narazı deyiləm. Daha da yuxarı qalxmaq üçün nə lazımdır edirəm. Ancaq təəssüflər olsun ki,  bu gün maddiyyatsız və sponsorsuz irəli getmək olmur. 
  

X

XƏBƏRLƏR
BÖYÜT