Niyam Salami: "Arvad 10 kilo ət deyil ki, gedib bazardan alıb, bişirib yeyəsən"
17:14 – 15 May, 2015
“Orta məktəbdə oxuyarkən seçilirdim. Mən heç vaxt futbol oynamırdım. O qədər səliqəli geyinib dərsə gəlirdim ki, hər kəs təəccüblə baxırdı. Köynəyimin ütüsü hər zaman yerində olardı. Şalvarıma top dəysəydi, ölərdim. Anlayırdım ki, içimdə vulkan kimi nə isə var”.  
 
Bunları APA.TV-nin "Sən demə" verilişinin budəfəki qəhrəmanı müğənni Niyam Salami deyib. 
 
Bizi şəhər kənarında, Yeni Suraxanı qəsəbəsində, öz evində qarşıladı. Gülər üzlə, xoş sifətlə, qapını üzümüzə açdı. 
Evi də özü qədər fərqlidir. Özü də bu fərq, məşhurların evləri kimi dəbdəbə ilə yox, yaradıcılıq olaraq diqqəti çəkir. Müğənni bu evi öz əl qabiliyyəti və zəhməti ilə ərsəyə gətirdiyini deyib. 
 
Niyam Salami evinə gələn qonaqlara öz əlləri ilə süfrə açmağı üstün tutur. Deyib ki,  o uşaqlıqdan səliqəli olub. Amma bununla da kifayətlənməyib, kiçik yaşlarından yeməyi də özü bişirib, lazım gələndə tikiş də tikib. 
 
“Heç vaxt anamı incitməmişəm. Məktəbdən gəlib, yemək davası etmirdim. Ailədə 11 uşaq olmuşuq. Anlayırdım ki, kimsə çox yeyə bilər, kimsə az. Dərsdən gəlib yeməyin qurtardığını görürdümsə, keçib bağdan göyərti yığıb, kükü bişirib yeyirdim. Bacılarım dərzidir. Onlardan tikiş tikməyi öyrəndim. Bundan sonra heç bir geyimimi tikməyi onlara etibar etmədim. Özüm edirəm. Ümumiyyətlə, mən hər şeyi özüm etməyi sevirəm. Çünki görürəm ki, mən etdiyim kimi heç kimdə alınmır. Hazırladığım yeməyin dadı yalnız anam bişirəndə alınır”. 
 
 Niyam, "Salami" soyadından da danışıb:  
                                                                              
“Müğənnilik sahəsində çox əziyyət çəkmişəm. Cəmiyyətə qoşulmaq, orada yaxşı ad qazanmaq, seçilmək olduqca çətin məsələdir. Salami atamın adıdır. Soyad götürmüşəm özümə. Soyadım çəkiləndə atam xatırlansın deyə. Mən onun adı ilə gəzirəm. Atam əziyyətlə səkkiz uşaq böyüdüb. Çox əziyyət çəkib. Biz atama oxşamışıq.  Hər adım çəkiləndə atam və o çətin günlər yadıma düşür. Mən ümumiyyətlə, salam alıb, salam verən adamam. Amma bunu hər adam bacarmır”.  
 
 
 
 
Salami böyüyüb boya - başa çatdığı Masallıda duluisçuluğu da öyrənib. Saxsı qablar da düzəldə bilir. Rayonda bunun üçşün şəraiti də var. Ancaq bu evində o şərait olmadığı üçün hazır saxsı qabın üzərində özünəməxsus yeniliklər etməklə kifayətlənməli olub. 
 
“Böyüdüm Masallı rayonunun Ərkivan kəndində dədə-badadan bizə qalan qədim folklor adətimiz var. Uşaq vaxtı saxsı qablar düzəldirdim. Atama baxıb öyrənmişəm. Mən çətinliyi və yük daşımağı xoşlayıram. Mən birinci çətin işdən başlamağı sevirəm, asan işə nə var ki?"  
 
Qəhramanımız deyib ki, evindəki hər xırda detal belə onun özünə məxsusdur. Özü düzəldib yəni.
 
“Evdə gördüyünüz hər şey qabarmış əllərimin məhsuludur. Mənə nə lazımdır? Evim olsun, başıma yağış yağmasın, çöldə qalmayım. On beş il kirayə qalmışam. O illər ərzində iki bacı köçürdüb, bir qardaş evləndirmişəm. Mən sadəlikdən dincəlirəm. Kimlərsə bahalı daş-qaşdan, brilliantdan zövq alır. Mənim brilliantım ailəm, ətrafımdakı adamlarımdı". 
 
Həmsöhbətimizin bu günədək ailə qurmaması ilə bağlı izahı belə olub:
 
"Orijinal insanın yanında orijinal biri olmamalıdır. Onun yanında sadə şəxs yaşamalıdır. Axı arvad da 10 kilo ət deyil ki, gedib bazardan alıb, gətirib, bişirib yeyəsən, sonra gedib yenidən alasan. Ailə çox çətin məsələdir. Mən ailə qurmasam da çox xoşbəxtəm. Amma həyat hələ qabaqdadır. Sabah qarşıma zənci qadın belə çıxa bilər. Nə olsun ki, zəncidir, o mənə dünya qədər gülüş bəxş edər. Bax onda tamamlanaram. İndi, düzdür, natamam. Ancaq indi elə işlər var ki, mən onları da tamamlanmayıb, ailə qursam, düzgün olmaz". 
 
X

XƏBƏRLƏR
BÖYÜT