Ayan Babakişiyeva: “Mənim üçün səhnə həyatımı dəyişən məkandır”
18:22 – 21 May, 2015

APA Tv-nin “Bunker”inə bu dəfə müğənni Ayan Babakişiyeva düşüb.
 
- Adınız?
- Ayan.
 
- Soy adınız?
- Babakişiyeva.
 
- Doğulduğunuz yer?
- Gəncə şəhəri.
 
- Təvəllüdünüz?
- 1989-cu il.
 
- Bürcünüz?
- Qoç.
 
Təhsiliniz?
- Orta ixtisas musiqi təhsilim var.
 
- Sənətiniz?
- Müğənni.
 
- Niyə bu sənəti seçdiniz?
 
- Bu sənəti çox sevdiyimdən. Ümumiyyətlə, hər zaman düşünürdüm ki, tanınmış şəxslər əlçatmaz olurlar. Və düşündüm ki, məndə də belə olacaq.
 
- Düşünəndə səsiniz var idi?
 
- Danışmağa hər zaman səsim olub. Oxumağa isə çox çalışmışam və mənim fikrimcə alınıb.
 
- İfaçı olmaq qərarınızı ailəniz necə qarşıladı?
 
- Bu sənətdə ən böyük dəstək verən adamlarım elə anam və qardaşım olub.
 
- İlk dəfə səhnəyə nə vaxt çıxmısınız?
 
- Bu, 2006-cı ildə baş vermişdi. Bəstəkar Elçin İmanovun bəstəsinə klip çəkdirib, tamaşaçıların qarşısına çıxmışdım. 
 
 
- Klip istədiyiniz nəticəni verib?
 
-         Məncə verib. O zaman hətta hiss edirdim ki, şou-biznesdə olan adamların əksəriyyətini qıcıqlandırıram. Əslində balaca qız idim və məni çox adam tanımırdı. Keyfiyyətli işim və maraqlı mahnımla, öz gücüm və iradəmlə çoxlarını qıcıqlandırırdım. Şou-biznes isə bu günə nisbətən daha maraqlı idi. Klipimdən sonra keçirilən mükafatlandırma mərasimində mənə tuşlanan baxışlardan və davranışlardan hiss etdim ki, artıq varam. İndi mən varam, çoxları isə artıq yoxdur.
 
 
-Nədir səhnə?
 
- Çoxları səhnədə olan zaman gözü heç nəyi görmür. Övladlarını belə. Ancaq mənim üçün səhnə həyatımı dəyişən bir məkandır. Və səhnədə olanda anlayıram ki, mən başqa Ayanam. 
 
 
-         Səhnədən kənar kimsiniz?
 
- Səhnədən kənar öncə övlad və bacı. İndi isə övladını sevən anayam. 
 
 
-         Bu sənəti nə qədər  davam edəcəksiniz?
 
-         Davam etmək fikrim yoxdur. Çünki bu sənəti davam etsəm, hələ çox şeyləri qurban verməli olacağam. Bəlli bir vaxtı var və o vaxt mən dayanacağam.
 
- Sonra nə işlə məşğul olacaqsınız?
 
 
-         Onun adı xoşbəxt olmaqdır.
 
- Demək indi siz xoşbəxt deyilsiniz?
 
 
- Bəli! Bu xoşbəxtliyə nail olmaq üçün addımlar atacağam. Və təbii ki, ən böyük kömək uca Allahdan olacaq. Mən buna inanıram.
X

XƏBƏRLƏR
BÖYÜT