Xəyalə Manaflı: “Ofisiant keçən yerdə oxumaq istəmirəm”
16:47 – 05 İyun, 2015


Müğənni Xəyalə Manaflı APA TV-nin  “Bunker”ində
 
 
- Adınız?
 
- Xəyalə.
 
Soyadınız?
 
- Manaflı.
 
-Təvəllüdünüz
 
- 1985-ci il martın 19-da doğulmuşam.  
 
-        Doğulduğunuz yer?
 
-        Bakı şəhəri.
 
-Bürcünüz?
 
-Balıqlar.
 
- Təhsiliniz?
 
-        Bülbül adına orta ixtisas musiqi məktəbi, sonra da Bakı Musiqi Akademiyası.
 
- Sənətiniz?
 
- Müğənni.
- Niyə bu sənəti seçdiniz?
 
- Əslində, bu sənəti bir hobbi olaraq mənim üçün seçdilər. Müəyyən yaşa çatdıqdan sonra isə qərar verməli idim. Mən ya başqa sənət dalınca getməli idim ya da  Musiqi Akademiyasına daxil olub, professional karyeraya başlamalı idim. İllərlə yaşadığım mühit məni buraxmadı. Qismət elə gətirdi ki, mən akademiyanın vokal (xalq artisti Xuraman Qasımovanın) sinfinə daxil oldum. 
 
- İlk dəfə səhnəyə çıxanda beş yaşınız var idi. O vaxtkı qızcığazla indiki müğənni Xəyalə Manaflının fərqi nədir?
 
- Heç bir fərqi yoxdur. Nə qədər çalışıram ki, bir az başqa cür olum, alınmır. Özümə deyirəm ki, mən də digər müğənnilər kimi olmalıyam, dəyişməliyəm. Dəyişə bilmirəm. Bir az savadım artıb və böyümüşəm. Başqa heç nə. Amma kaş ki, seçiləcək bir fərqim olaydı. 
 
 
-        Maddi və mənəvi dəstəyiniz var?
 
-        Mənəvi dəstəyim var və hər zaman da olub. Olmasa özümü ölmüş bilərəm. Amma maddi dəstəyim heç vaxt olmayıb. Çünki bunu istəməmişəm. Dəstəyim elə öz qazancım olub. Təbii ki, bütün işlərdə ailəm yanımda olub. 
 
-        Qazandığınız maddi dəstək sənətə kömək edir?
 
-        Yalnız bu qədər. Yalandan danışıb, vəd verməyi  sevmirəm. Gördüyünüz nədirsə, gücüm də ona çatır. 
 
- Toy və məclislərə dəvət olunursunuz?
 
- Məclislərin əksəriyyəti dostların olur və o cür yığıncaqlara təmənnasız gedirəm. Mən toylara getməyə  qadağa qoymuşam özümə. İçimdəki dəyərlərim bunu tələb edir. Baxırsan, müğənni ofisiant keçən yerdə dayanıb, oxuyur. Buna necə imkan vermək olar? Bu, sənəti ən aşağı təbəqəyə salmaqdır. Mən bunu istəmirəm. Amma kiməsə bu xoş ola bilər. Hər kəsin fikrinə hörmət edirəm.

X

XƏBƏRLƏR
BÖYÜT