Hüseyn Cavid yadigarını sahiblənən Fərman kişi, Şahtaxtı şəcərələri və yarımçıq qalan arzu...
16:47 – 10 İyun, 2015

APA TV-nin “Ötən əsrin adamları”  verilişində budəfəki qonaqlarımız Zamin Seyid və Lalə Seyiddir. Əslən naxçıvanlıdırlar. Daha dəqiqi məşhur Şahtaxtı kəndində doğulub hər ikisi Zamin Seyid və Lalə Seyid. Zamin müəllim deyir ki, soy adlarındakı ov, ova sonluqlarından imtina edəndən sonra bütün sənədlərdə belə yazılır adları.  Qaldı Şahtaxtı kəndi ki, ora həm də böyük Hüseyn Cavid vətənidir. Azərbaycanın bir çox nüfuzlu ictimai-siyasi xadimləri, ziyalıları da o kəndin yetirməsidir. Zamin müəllim deyir ki, yaxşı uşaqlığı olub. Yəni ağır, faciəli həyat yaşamayıblar. Atası sadə kənd adamı, anası evdar xanım olub. Böyük Vətən müharibəsində bir ayağını itirən atasına vətənə dönəndən sonra kişi bir çayxana hədiyyə edib dövlət. Ailələrinin çörəyini elə o çayxanadan qazanıb atası. 
 
Söhbət boyu Zamin müəllim bir neçə dəfə ona beş əvəzinə dörd qiymət verən müəllimindən küsdüyünü vurğulayıb. Bax həmin o küskünlük həmsöhbətimi paytaxta gətirib. Orta məktəbi Bakıda bitirib, ali məktəbə, Pedoqoji instituta daxil olub. Amma təhsilini bitirəndən sonra yenidən sevimli kəndinə, sevimli məktəbinə dönüb.  Ona dərs verən müəllimlərlə çiyin-çiyinə işləmək həm maraqlı idi, həm də məsuliyyətli. 

 
Şahtaxtı məktəbində Zamin müəllimi həm də taleyi yazılırdı. O məktəbdə Lalə adlı bir qız oxuyurdu. Zamin müəllim Lalənin oxuduğu sinfə coğrafiyadan dərs keçirmiş. Həm də Lalənin qardaşı ilə dost idi. Şagirdi olmasına baxmayaraq bu qız gənc müəllimin diqqətini həm də xanım xatınlığı ilə çəkirdi. Bu haqda az sonra danışacağıq. İndilik o xanımı da tanıyaq Lalə Seyidi.  
 
Zamin müəllim Hüseyn Cavidin aid olduğu, Naxçıvan bölgəsində tanınan Məşədiqulular  nəslindən olan xanımla ailə qurub, Lalə xanımla, Lalə xanımın atası isə böyük Cavidlə əmi nəvəsidir.
 
Cavid Yadigarının Ərtoğrulun qürbətdə qalan cənazəsi. İstəklərinə baxmayaraq hər kəs o cənazəni gətirib dəfn etməkdən qorxurmuş. O kişi, Cavid yadigarı Ərtoğrulun cənazəsini heç kimdən çəkinmədən, hər şeyi, hətta sürgün və ölüm hökmünü gözə alaraq vətənə gətirən məhz həmin Fərman kişi olub. 
 
Fərman kişi Cavid yadigarını sahiblənməsinə baxmayaraq. Ona açıq təzyiq etməyiblər. Amma bu o demək deyil ki, ona problem yaratmaq marağında olmayıblar.  1828-ci il məlum Türkmənçay müqaviləsinin tələbləri reallaşan məqamda tam təsadüfdən Fərman kişinin İran ərazisində doğma bacısı qalıb. Və bu  illər sonra onun həyatına ciddi problem kimi maneəyə çevrilir. Günlərin birində təhlükəsizlik xidmətinin əməkdaşları onun ardınca çalışdığı idarəyə gəlir. Onu danışığa dəvət edirlər. Fərman kişi bütün israrlara baxmayaraq onlara verilən məlumatın həqiqətəuyğun olmadığını söyləyir. Və bildirir ki, onun İran ərazisində heç kimi qalmayıb. Bu isrardan sonra onu həbs eləməsələr də işdən azad edilir. Amma bir dəfə də olsun bu barədə ailəsinə açıq danışıb, şikayətlənməyib. Çünki, ən xırda məlumat belə ailəsi üçün təhlükə ola bilərdi...
X

XƏBƏRLƏR
BÖYÜT