Qəfildən
15:39 – 18 İyun, 2015

Bir də görərsən ki, qəti alınmır…

Səni gecələrin zülməti çəkər,
Dodağın bir öpüş həsrəti çəkər.
Yanar dodağında bir dodaq yeri,
Lap elə mən ölü, sən də ki, diri -
Qabları yuyarsan, çörək alarsan,
Görərsən könlünün simi tarımdı.
Amma bilməzsən ki, niyə yarımsan,
Bilməzsən evində nəyin yarımdı…

Könlünə qəfil bir qayıtmaq düşər,
Birdən başlayarsan lap darıxmağa…
Dönərsən gəldiyin yola baxmağa,
Qəhər boğazında ilişər qalar.
Dönüb görərsən ki, divardı yollar,
Dönüb görərsən ki, yol çıxıb gedib…

Qismət

X

XƏBƏRLƏR
BÖYÜT