Niyam Salami: "Kişinin qadın haqqında danışdığını görəndə çox əsəbiləşirəm"
17:37 – 22 İyun, 2015


 
Müğənni Niyam Salami APA TV-nin “Benker”ində
 
-Adınız?
 
-Niyam.
 
Soyadınız?
 
Salami. 
 
-Təvəllüdünüz?
 
-  15 fevral 1976-cı il.
 
-Bürcünüz?
 
Dolça.
 
- Doğulduğunuz yer?
 
- Masallının Ərçivan kəndi.
 
- Təhsiliniz?
 
- Orta təhsilliyəm. 
 
- Sənətiniz?
 
- Müğənni və rəssam.
 
- Niyə müğənni oldunuz?
 
- Bu, tamaşaçının istəyi ilə baş verib. Mənim şəxsi istəyim deyildi. Allah tərəfindən insana istedad verilir. O da o istedadı tamaşaçıya çatdırır. Tamaşaçı onu qəbul edirsə, sonra da səndən istədikləri olur. Sən də o istəkləri yerinə yetirməlisən. Çünki, incəsənət insanları Allah tərəfindən seçilmiş olurlar. 
 
- İstedadınızı ilk dəfə nə zaman göstərdiniz?
 
- Uşaq vaxtı, böyüdüyüm Ərçivan kəndində. Orada müsabiqə keçirilirdi, mən də qatılıb, yer tutdum. 
 
- Nə vaxt oxumaq istəməmisiniz?
 
- O vaxt ki, sənətə hörmət etməyiblər. İnsanları öz yerində görməyəndə əsəbiləşmişəm. Layiqli yerlərdə layiqsiz insanlar da oturub. Məhz buna görə bəlkə də bir az uzaqlaşmışam amma sonra yenidən qayıdıb, işimlə məşğul olmuşam. 
 
- Sənətdə dostunuz ya düşməniniz çoxdur?
 
- Düşmənlərimi deyə bilmərəm. Amma dostlarım çox azdır. Çünki, özümü yaxşı tanıyıram və özüm kimi dost tapa bilmirəm. Amma az adam var ki, özünü yaxşı tanısın, güzgüdə özünü görüncə özündən xəbəri olsun. Mənim özümdən xəbərim var. Allaha şükür ki, mən səhvimlə düzümün nə olduğun bilirəm. Hər zaman da Allahdan günahlarımın yuyulmasını istəmişəm və istəyirəm də. Günahlardan biri də evdə it saxlamaqdır. Onu evdə saxlamazlar. Ancaq Allah onun sevgisini ürəyimə necə salıbsa, onsuz evi təsəvvür etmirəm. 
 
 
- Qorxub çəkindiyiniz sənətçilər var? 
 
- Sənətçi deyil, ən çox qorxduğum varlıq insandır. Əsl sənətçi isə heç vaxt təhlükəli ola bilməz. Amma ümumilikdə insandan çox qorxuram. Allahıma isə hörmət edirəm. 
 
- Nəyi sevmirsiniz? 
 
- Günahı, böyük günahı! Kişinin qadın haqda danışdığını görəndə çox əsəbiləşirəm.  
 

X

XƏBƏRLƏR
BÖYÜT