Quşlar döyməyin aynamı…
14:26 – 16 Sentyabr, 2015

Quşlar döyməyin aynamı…

 

Qəlbimi az döyündürün,

Yalan yerə sevindirin,

Bircə gün dayanın-durun,

Quşlar, döyməyin aynamı...

 

Aynada nə görmüsüz, dən?

Özünü aldatmaq nədən...

Bəxtimi oyadarsız birdən,

Quşlar, döyməyin aynamı...

 

Aynam mənim eynimdi, eyy,

Cəftəsizdi, neynim, de, eyy?

Oturun lap çiynimdə, eyy,

Quşlar, döyməyin aynamı...

 

Saçımın dənin dənləyin,

Başımdan çəni dənləyin.

Nə olar, məni dinləyin,

Quşlar, döyməyin aynamı...

 

Gözlərimi oyun, durun,

Əynimi lüt soyundurun.

Haçansa bir doyun, durun,

Quşlar, döyməyin aynamı...

 

Pərviz Cəbrayıl

X

XƏBƏRLƏR
BÖYÜT