Mənsum İbrahimov: “Səhnədə səkkiz, həyatda bir Leylim var”...
15:21 – 30 Sentyabr, 2015

“İstər həyat yolunda, istər ailədə, istərsə də sağlamlıq baxımından həmişə imtahana çəkilir insan. Məncə ən ağır imtahanlardan biri yaxınlarını itirməkdir. Bu xüsusən də vaxtsız itki olursa dözülməzdir. Ən böyük bir itkimsə torpaq itkisidir ”. Bu sözləri APA TV-nin “Üç dama” verilişində xalq artisti, muğam ustası Mənsum İbrahimov deyib.  

 

O Şuşanın işğalını Türkiyədə səfərdə olarkən radiodan eşidib: “Radioda türk aparıcı belə bir xəbər səsləndirdi : “Azərbaycanın Şuşa şəhəri düşdü!” Mən o anı bu gün də unuda bilmirəm. Yad bir ölkədə bunu eşitmək son dərəcə ağır idi. Mənim bütün uşaqlığım Şuşada keçib. Şuşanın işğal ediləcəyi heç vaxt ağlıma gəlməzdi.  1993-cü ildə Ağdam işğal olunanda ikinci zərbəni yaşadım. Ermənilərim işğal olunan  şəhərlər arasında Ağdama o qədər böyük nifrətləri var idi ki, orda qoymadılar daş üstə-daş qalsın. İndi Ağdamın işğal altında olmayan kəndlərinə gedirəm hərdən. Orda bir yüksəklik var..."

 

Söhbətinin davamında Mənsum İbrahimov həmin yüksəkliyə qalxıb nələr gördüyünü danışıb.....

 

Daha sonra o, uşaqlıq illərini xatırlayıb: “Sakit, utancaq uşaq olmuşam. Humanitar fənləri yaxşı oxuyurdum. Bİr az da səsim var idi. Deyim ki, Qarabağda insanları səslə təəccübləndirmək asan deyildi.  Çünki hər üç nəfərdən birinin yaxşı səsi var idi. Və yaxşı səsi tanıyanlar hər səsi bəyənmirdilər. Bizim kənddə Soltanbud adlı meşə vardı. Xan qızı Natavan saldırıbmış o  meşəni.

Yadımdadır ki, kənd uşaqları quzu otara-otara həm də oynayırdılar orda. Hərə bir budaqda otururdu. Biri “Xarı bülbül” oxuyurdu, onun ardıyca o biri “Qarabağ şikəstəsi”nə başlayırdı. O qədər fərqli, rəngli səslər var idi ki, sadəcə o mənzərəni görmək lazım idi. Hamını dinləyirdim və uşaqlıqdan bir arzum var idi..."

 

Xalq artisti daha sonra Opera teatrında fəaliyyətə başlamasından danışıb: “1985-ci ildə Üzeyir Hacıbəyovun anadan olmasının ildönümü ilə bağlı muğam müsabiqəsi təşkil olunmuşdu.  O müsabiqədə laureat oldum. Münsiflər arasında xalq artisti Şövkət Ələkbərova da var idi.

Məni öz sinfinə dəvət elədi. Getdim. Onda artıq Firuzə İbadova, Aygün Bayramova, Aybəniz Haşımova onun tələbəsi idi. Bir müddət sonra Şövkət xanım dəstəyi ilə məni Opera Teatrına işə götürdülər. İlk rolum “Leyli və Məcnun”da Zeyd olub. Arif Babayevlə tərəf müqabili idim. Amma iddiam Məcnun olmaq idi. Utanırdım. Yaşca böyük ifaçılar söyləyirdilər ki, bu utancaqlıqla məndə heç nə alınmayacaq. Heç nə demədim sadəcə öz üzərimdə işdən sonra çalışmağa başladım. Hafiz Quliyev indi Opera Teatrının baş rejissorudur, onda rejissor asisenti idi.  Hamı gedəndən sonra mən onunla pərdə arxasında məşq edirdim. Məşq elədikcə hiss eləyirdim ki....”.

 

Sonralar Mənsum İbrahimov Opera Teatrının ən yaxşı Məcnun ifaçılarından biri olub: “Səkkiz ifaçı xanımla “Leyli və Məcnun” oynadım. Hamısının öz tərzi, öz üslubu yanaşması var.

Amma deyim ki, səhnədə səkkiz Leylim olsa da həyatdakı  Leylim birdir. Biz bir kəndin uşaqları olmuşuq, bir  məktəbdə oxumuşuq və ağlımız kəsəndən bir birimizi sevmişik”.

 

O həmçinin ifaçılığa muğamla başlayıb sonradan daha yüngül janra meyllənmələrin səbəblərindən də danışıb: “ Birinci səbəb kiçik yaşlarında yaxşı ifa edən uşaqların böyüyəndən sonra səs tembrini dəyişməsidir. İkincisi pul qazanmaq həvəsidir. Üçüncüsü və ən qorxulu olanı isə ....”.

 

"Üç dama"da izləyin.

X

XƏBƏRLƏR
BÖYÜT