Sən mənə vuruldun...
15:28 – 22 Oktyabr, 2015

Sən mənə vuruldun...

 

Mən bilirəm necə oldu 
ki, sən mənə vuruldun. 
Bilirəm bu sevgi deyil,
sadəcə, sən ömründəki 
sevgilərdən yoruldun.

 

Sənə heyran neçə gözdən
baxişlardan yoruldun. 
Sənə heç vaxt baxmayacaq 
bir adama vuruldun.

 

Yorulub vuruldun mənə 
ki, bir az dincələsən 
Ömrünün bundan sonrasın 
sevgidən, qayğıdan uzaq 
sürüb, rahat öləsən.

 

Səni sevməyəcəyimi 
bilib rahat olasan. 
Mən hey ağlatdıqca səni, 
gülüb rahat olasan.

 

Bilirsən ki, heç vaxt mənə 
çatmayacaq əlllərin. 
Amma elə dincələcək 
bundan sonra ev süpürüb,
qab yuyacaq əllərin…

 

Salam Sarvan

X

XƏBƏRLƏR
BÖYÜT