Əliağa Vahidin yaxın dostu və Sabir aşiqi olan “balaca” Minayə...
15:24 – 02 Dekabr, 2015

APA TV- nin “Ötən əsrin adamları” verilişinin bu dəfəki qonaqları Minayə və Fazil Muradxanlılardı.

 

Cütlük deyəndə ağıla həmişə ailələr gəlir. Bugünkü qəhrəmanlarım da cütlükdür. Amma ər-arvad yox, bacı qardaşdırlar.

 

Maştağa kəndində doğulub böyüyüblər. Özü də müəllim ailəsində. Çoxuşaqlı ailə olublar. Minayə xanım ailənin kiçiyi, qardaşı Fazil böyüyü olub. İndi hər ikisi yaşlarının ahıl dövrünü yaşayırlar. Amma yenə də Fazil kişi bacısını çağıranda “ay balaca”, ya da “ay Minaş” deyir...

 

Əslinə bizə qəribə görünən belə bir çağırış onlar üçün çox adidir. Onların münasibətlərində nə dəyişib ki ?!.. Dəyişən bircə illərdir. Aradakı yaş fərqi də yerindədir.

 

"Yaş" demiş onu da qeyd eləyək ki, Minayə xanım 70- ci yaşındadır, Fazil kişi isə 90-ı qeyd eləməyə hazırlaşır. Maşallah deyək, bir də onu söyləyək ki, yaşlarına görə çox gümrahdırlar...

 

Dediklərinə görə, ataları rus dili müəllimi olub. Həm də Azərbaycan ədəbiyyatını yaxşı bilən adam imiş. Anaları isə evdar xanımmış müsahibimiz olan bacı - qardaşın. Və demək olar ki, hər gün, xüsusilə də şifahi xalq ədəbiyyatı ilə məşğul olanda övladları ilə bərabər anaları da oturub atalarının oxuduğu kitablara, danışdığı mövzulara maraqla qulaq asırmış. Minayə xanım söyləyir ki, ataları onlar üçün oxuduğu kitabı bitirəndən sonra, anlamadıqları məqamlarla bağlı suallar verərlərmiş. Bu qayda ilə ata ailəsinin bütün üzvlərinə həm də rus dilini öyrədib. O üzdən bütün ailə təkcə Azərbaycan ədəbiyyatını yox, rus dili və ədəbiyyatını da mənimsəyə bilib. Hətta ailə işində sərbəst rus dilində danışmaq da problem deyilmiş onlara.

 

Amma analarından da, atalarından da həmişə bir söz eşidiblər: harada olursunuz olun, nə iş görürsünüz görün kim olduğunuzu, hansı milləti təmsil elədiyinizi unutmayın, biz azərbaycanlıyıq

 

Fazil kişinin maraqlı dost-tanışı da olub Bakı kəndlərində. O dostlar arasında xeyli muğam ustalarımız, şairlrimiz də var. Amma bu dostlar arasında Əliağa Vahidin yeri tam başqa olub Fazil kişi üçün.  Fazil kişi deyir ki, o içki içməsəydi yazıb -  yarada bilmirdi. Hətta bir dəfə Mircəfər Bağırov dalınca adam göndərib onu çağırtdırıb: “Sonra Əliağa bizə dedi ki, ağa (Maştağa cammatı inancına görə müsəlman, seyyid sayılan adamları belə çağırımış, o vaxt Mİrcəfərə də ağa deyirmişlər bu üzdən-red) deyir ki, çəkmə, içmə. O isə cavab verib ki, içməsəm, çəkməsən yaza bilmirəm. Sonralar, yəni 1937-38 - ci illərdə elə bu məqam, yəni Əliağa Vahidin içki içməsi Mircəfər Bağırovun əlində onu xilas eləmək üçün tutarlı əsas olub. Stalin ona tutulmalı adamlar sırasında Əliağa Vahid adlı birinin olması barədə deyəndə, Mircəfər cavab verib ki...

 

Tam olaraq  “Ötən əsrin adamları”nda izləyin.

X

XƏBƏRLƏR
BÖYÜT