Tariyel Qasımov: "Paxıllığımı çəkənlər arasında Mirzə Babayev də vardı"
14:09 – 28 Dekabr, 2015
"Vaxt tapan kimi rayona, anamın yanına gedirəm. Onun 100 yaşı var. Elə uzunömürlülük, gümrahlıq da mənə nəsildən gəlir. Yaşıma görə də cavan göründüyümü deyirlər".  Xalq artisti Tariyel Qasımov bu sözləri APA.TV-nin "Üç dama" verilişində deyib. 
 
Sənət yolundan söhbət açan aktyor gənclərlə bağlı bəzi iradlarını da bildirib. "Düzdür, istedadlı gənc aktyorlarımız da çoxdur, teatr onlara diqqət göstərməlidir. Amma bizim vaxtımızda sənətə sevib gəlirdik. İndi isə çoxları şan-şöhrətə görə gəlir, sonra sənəti sevirlər. Mən o vaxt səhnəyə çıxanda böyük sənətkarlarla eyni tamaşada oynayacağıma görə məsuliyyət hiss edirdim. Çalışırdım ki, onlara layiq olum. Çox təəssüf ki, indi bəzi aktyorlarda bunu hiss etmirəm".

Səhnədə rəqabətdən, paxıllıqdan danışan Tariyel Qasımov özünə qarşı çox tanınmış aktyorlardan sənət adamlarından paxıllıq gördüyünü etiraf edib. "Əlbəttə ki, mən bu söhbətlərə fikir verməmişəm. Hər kəsin öz qisməti var. Alnıma nə yazılıbsa, o uğuru yaşamışam. Heç bir rolda gözüm qalmayıb. Nə arzulamışam, onu da həyata keçirmişəm. Əfsus ki, bəzən özümə qarşı paxıllıq görmüşəm. Bunu çəkinmədən deyirəm ki, paxıllığımı çəkənlər arasında Mirzə Babayev də vardı. Bir dəfə məclislərin birində hamının içində mənə dedi ki, "buna baxın kənd uşağı gəlib xalq artisti olub, mən hələ əməkdar artistəm. Cavab verdim ki, Mirzə müəllim, siz müğənnisiniz, mən isə teatr və kino aktyoruyam. Siz... "

 
  "Baxmayaraq ki, yaşım çoxdur, hər işimi özüm etməyi xoşlayıram. Maşınla uzaq yola çıxmağı çox sevirəm. Özüm idarə edirəm, hətta sürətli sürürəm. Bəzən olub ki, yol qaydalarını pozuram, yol polislərimiz məni tanıyıb..." 
Söhbətin davamında tək gəzməyi, insanları müşahidə etməyi sevdiyini deyən Tariyel Qasımov xanımlarla bağlı fikirlərini də bizimlə bölüşüb. 
 
"Bəzən küçədə gözəl qız görürəm, amma baxmağa utanıram ki, birdən pis başa düşər. Yəqin anlamırlar ki, gözələ baxmaq ... " 
"Üç dama" verilişində tam izləyin.
X

XƏBƏRLƏR
BÖYÜT