Nurkan müğənni həyat yoldaşı haqqında: “İstədiyi qədər oxuya bilər, qarışmaram”
10:49 – 02 Mart, 2016

“Bir sənətdə olub, birgə iş görmək çətindir. Həyat yoldaşım Nurkan həmişə mənə tənbələm deyir. Qrupdan ayrılandan sonra tək fəaliyyət göstərsəydim, bəlkə də uğur qazana bilməzdim. Nurkan daha fəal olduğu üçün o məni idarə edir”.  Bu fikirləri APA.TV –nin “Səhər zəngi” verilişinin qonağı, müğənni Lalə deyib.

 

Qonaq bildirib ki, mahnı seçimini adətən özü edir: “Demək olar ki, həmişə mən seçən mahnılar uğurlu alınır. Sadəcə bir dəfə Nurkana etibar etdim. Ritmik bir mahnı yazdırdıq, amma mən bəyənmədim. Sanki bizə yaraşmadı”.

 

Verilişin digər qonağı, müğənni Nurkan isə bildirib ki, heç zaman həyat yoldaşının sənətini atmasını istəməz. O bu addımı yalnız özü istədiyi halda ata bilər: “İstədiyi qədər oxuya bilər, qarışmaram. Özümüzə uyğun kriteriyalarımız var. Özü nə vaxt istəsə, bu sənətdən gedə bilər. İnsanlar bir-birini tamamlamalıdır. Mən çox həyəcanlı, emosional və fəal insanam”.

 

Qonaq uşaq tərbiyəsi məsələsinə də münasibət bildirib: “Yeməkdən sonra “Amin” demək lazımdır ki, beyninə həkk olunsun. Uşağa nəyi, necə öyrətsən, yaddaşına da elə həkk olunacaq. Lazım olsa, əlinə vurmaq olar. Çünki övlad ata-ananın üzüdür. Qızını döyməyən, dizini döyər”.

X

XƏBƏRLƏR
BÖYÜT