“Xan” qrupu: “Əksər qruplar kimi, eyni tonda – unison ifa etmirik”
17:57 – 14 Mart, 2016

“Azərbaycan olan qrupların əksəriyyəti qrup ifası nümayiş etdirmir. 2-3 nəfər yığışır bir yerə unison ifa edir. Bu qrup deyil. Yarandığımız gündən sənətlə məşğul olmağı seçmişik. Qrupumuzun rəhbəri bəstəkar və şairə Xanım İsmayılqızıdır. Yəqin ki, bizim çox görünməməyimizin səbəbi budur. Həm rəhbərimiz, həm də özümüz qalmaqaldan uzağıq”. Bu fikirləri APA.TV –nin “Səhər zəngi” verilişinin qonağı, “Xan” qrupunun üzvü Ağabala Sadıxzadə deyib.

 

Qrup üzvü deyib ki, ifalarında, polifoniyanı, çoxsəsliliyi üstün tuturlar: “Fəaliyyətimizi izləyənlər bilirlər ki, el şənliklərində belə 3 səsli oxuyuruq. Əksər qruplar kimi, eyni tonda – unison ifa etmirik”.

 

Onun sözlərinə görə, musiqiçilərin sponsor baxımından çətinlik çəkmələri onları toylara getməyə məcbur edir: “Azərbaycanda musiqiçilərin əsas gəlir yeri toylardır. Əvvəllər dövlət musiqi qruplarına sponsorluq edirdi. İndi isə yoxdur. Məsələn, “Bəri bax” qrupunun üzvləri ayrı-ayrı restoranlarda işləyirlər. Bu, maddiyata bağlıdır, çünki onlar pul qazanmaq istəyirlər. Əgər musiqi onun hobbisidirsə, onun başqa gəlir yeri varsa, bu ayrı məsələdir. Amma musiqi təhsili olan, həyatını musiqiyə bağlamaq istəyən insan pulunu da bu sahədən qazanmaq istəyir. Bundan əlavə, adətən, qrupda çıxış etməyə tramplin kimi baxırlar. Amma bizdə belə deyil. Biz əksinə, solo fəaliyyətdən qrupa gəlmişik”.  

 

Qrupun üzvləri qeyd ediblər ki, rəhbər Xanım İsmayılqızı onların fəaliyyətinə çox da müdaxilə etmir: “Xanım İsmayılqızı yanımızda olmur. Çünki bizə arxayın olub, güvənib. Sadəcə, hər hansı mahnını yazdıranda, ələxsus, söhbət Xanım İsmayılqızının öz mahnılarından gedirsə, studiyadan çıxan kimi ilk növbədə elə Xanım müəlliməyə göstəririk”.

 

X

XƏBƏRLƏR
BÖYÜT