Xanəndə Ayşən Mehdiyeva: “Muğam müsabiqəsi bizi xalqa tanıtdı”
18:31 – 15 Mart, 2016

“Bayram ərəfəsində musiqiçilər, ifaçılar evdə tapılmırlar. Konsertlər, tədbirlərdə iştirak edirlər. Əsasən, dövlət tədbirlərində iştirak edirik”. Bu fikirləri APA.TV –nin “Səhər zəngi” verilişinin qonağı, xanəndə Ayşən Mehdiyeva deyib.

 

Qonaq bildirib ki, sənət fəaliyyətinə 2009-cu ildə başlayıb: “2013-cü ildə muğam müsabiqəsinin qaliblərindən biri oldum. Muğam müsabiqəsi bizi xalqa tanıtdı. Düzdü, öncəki yarışma da tanınmağıma yardım etmişdi. Həm muğam, həm də bəstəkar mahnıları ifa edirəm. Çalışıram, repertuar zəngin olsun ki, gedəcəyim məkana uyğun mahnı seçim etmək şansım da olsun. Bəzi mahnılarım var ki, Azərbaycanda hələ oxunmayıb. Mehman Mikayıloğlunun rəhbərlik etdiyi trio ilə çalışıram”.

 

Ayşən Mehdiyeva deyib ki, folklorumuzda olan, lakin oxunmayan mahnıları tapır ifa edir: “Onu da deyim ki, bu mahnıları ustadlarım Gülyaz və Gülyanaq Məmmədova da ifa edir. Azərbaycanda demək olar ki, belə mahnıları ancaq üçümüz ifa edirik. Təxminən, 9 yaşım olanda Məmmədbağır Bağırzadədən dərs almışam. Gözəl insan və muğam sahəsinin bilicilərindən idi . Daha sonra Ağaxan Abdullayevdən dərs almışam. Eyni zamanda Qəzənfər Abbasovdan öyrənmişəm”. 

X

XƏBƏRLƏR
BÖYÜT