Müğənni Murad Mehrəliyev: “Rafet El Roman üçün yazıldı, mən oxudum”
18:30 – 29 Mart, 2016

“Fəaliyyətə 2005-2006-cı illərdə solo şəkildə başlamışam. Daha sonra 2010- cu ildə Nailə Mirməmmədlidən “Səmun” qrupunda çıxış etmək barədə təklif almışam. O, eyni zamanda mənim müəllimim olub. Hər kəs solo karyera qurmaq istəyir. Qrupda çıxış etmək yaxşı təcrübə qazandırır. Nailə xanımla məsləhətləşdim və 3 illik fəaliyyətdən sonra qrupdan ayrıldım”. Bu fikirləri APA.TV –nin “Səhər zəngi” verilişinin qonağı, müğənni Murad Mehrəliyev deyib.

 

Müğənni son bir il ərzində 4 yeni mahnı yazdırdığını deyib: “Klip çəkdirməyi planlaşdırıram. Həmçinin, xalq artisti Samir Cəfərovdan da dərs alıram. Səhnəyə çıxanda lirik mahnı ifa etmək lazımdı, həm yaddaqalan, həm də sevilən mahnı olmalıdır. Şən mahnı ilə də gündəmə gəlmək olar. Bu, artıq tamaşaçının necə qəbul etməsindən asılıdır. Çalışıram, tutarlı mahnılara üstünlük verim. Mahnı bəyənilə də bilər, bəyənilməyə də. Biz mahnını özümüz üçün yazdırmırıq.  Məqsədimiz odur ki, tamaşaçı mahnını yenə dinləmək istəsin”.

 

M.Mehrəliyev ifa etdiyi “Qəlbimi əritdin” adlı mahnının əslində məşhur türk müğənnisi üçün yazıldığını qeyd edib: “İki il ifa olunmadı. Musiqisi mənə, sözləri Aysel Nəcəfliyə məxsusdur.  Aranjemanı Rasim Məmmədov edib. Bu mahnı Rafet El Roman üçün yazılmışdı. Sözləri bəyəndilər, amma musiqini dəyişmək istədilər. Biz də razı olmadıq, ona görə mahnı mənə hədiyyə olundu, onu özümə uyğun tərzdə işlədim və təqdim etdim”.  

X

XƏBƏRLƏR
BÖYÜT