Beyləqanda “Sabaha sağlam ruhla” layihəsinə start verilib
19:10 – 20 May, 2016

Koreya Respublikasının Azərbaycandakı səfirliyi və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının birgə təşkilatçılığı ilə “Sabaha sağlam ruhla”  layihəsinə start verilib.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-gyu Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlərin məskunlaşdığı qəsəbəyə səfər edib.

 

Səfiri Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov qarşılayıb. Qonaqlar ulu öndər Heydər Əliyevin qəsəbənin mərkəzində ucaldılan büstünü ziyarət edərək önünə gül dəstələri qoyublar. Daha sonra Eyvaz Hüseynov Xocavənd və Dağlıq Qarabağın tarixi haqqında səfirə məlumat verib.

 

Qonaqlar Xocavənd qəsəbəsinin Mədəniyyət Evində xocavəndli məktəblilərin hazırladığı musiqi nömrələrini dinləyiblər. Layihə əsasında “Nizamlı adam” adlı Koreya filmi nümayiş olunub, Xocavənd Mərkəzi Rayon Xəstəxanasına xeyli sayda tibbi ləvazimat və tibdə istifadə olunacaq avadanlıq hədiyyə olunub. 

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Sabaha sağlam ruhla” Şərq təbabəti ilə müalicə layihəsi mayın 22-dək davam edəcək. 

X

XƏBƏRLƏR
BÖYÜT