12 dekabr: O gündən 13 il keçir
19:20 – 12 Dekabr, 2016

APA.TV-nin efirində yayımlanan “Manşet” verilişində 12 dekabr Ümumlli Lider Heydər Əliyevin anım günü ilə bağlı müzakirə aparılıb. Millət vəkili Aydın Hüseynov və tarix elmləri doktoru, professor Anar İsgəndərov mövzu ilə bağlı aparıcı İlham Tumasın suallarına cavab veriblər.

 

Aydın Hüseynov

 

- Yenicə müstəqillik qazanan Azərbaycan 90-cı illərin əvvəli siyasi tənəzzül dövrünü yaşayırdı və burada obyektiv səbəblərdən daha çox subyektiv amillər var idi. Bu, birbaşa müstəqilliyimizin ilk illərində ölkəyə rəhbərlik edənlərin səriştəsizliyinin, təcrübəsizliyinin, qorxaqlılqarının təzahürləri idi. Bütün mənada ölkədə özbaşınalıq, xaos hökm sürürdü. Əhalinin güzəranı kəskin şəkildə pisləşmişdi. Bir tərəfdən də torpaqlarımız erməni işğalçıları tərəfindən zəbt edilirdi. Hətta proseslər o həddə gəlib çatmışdı ki, artıq Azərbaycan dövlətçiliyi məhv olmaq  ərəfəsində idi. Və elə bu dövrdə Azərbaycanın bu gününü, sabahını düşünən insanlar nicat yolunu Heydər Əliyevdə görürdü.

 

- Heydər Əliyev uzun müddət sovetlər dönəmində Azərbaycana rəhbərlik etmiş və həmin illərdə ölkəmizi aqrar ölkədən iri bir sənaye ölkəsinə çevirmişdi. Həmin dövrdə respublika əhalisinin həyat səviyyəsi yüksək göstəricilərlə müşaiyət olunurdu. Yəni insanlar Heydər Əliyevin böyük dövlətçilik təcrübəsinə və insanlara olan  qayğısına bələd idi.

 

- 1993-cü ilin əvvəllərində ölkədə siyasi proseslərin daha da gərginləşməyə başlaması dövründə Azərbaycan bir dövlət olaraq öz müstəqilliyini itirmək təhlükəsi  ilə üzbə-üz qalmışdı. Ölkəni parçalayacaq separatçılar artıq bir qüvvəyə çevrilmişdi. Çünki ölkə eyni zamanda Azərbaycanın müstəqilliyinin istəməyən qüvvəllər üçün bir siyasi poliqona çevrilmişdi. Ölkədə infliyasiyanın həcmi 1700 faiz təşkil edirdi. Əmək haqları aylarla ödənilmirdi. Dövlət büdcəsinin gəlir hissəsi ümumiyyətlə formalaşmamışdı. Belə vaxtda Azərbaycan xalqı öz iradəsini ortaya qoydu və qədirbilən xalqımız Heydər Əliyevi siyasi halkimiyyətə dəvət etdi.

 

- Prezident İlham Əliyev o dövrlərdə bilavasitə Ulu Öndərlə birgə fəaliyyət göstərib. Onlar ata-oğul münasibətləri ilə yanaşı, eyni zamanda siyasi proseslərdə silahdaş kimi birgə, çiyin-çiyinə çalışıblar.

 

- Bu gün Prezident cənab İlham Əliyevin Heydər Əliyev ideyalarına sonsuz sədaqəti, Azərbaycan dövlətinin siyasi və iqtisadi nüfuzunun artmasına yönələn fəaliyyəti göz qabağındadır. Bizi sevindirən, fərəhləndirən amil də budur ki, hər birimiz Heydər Əliyev ideyalarına, bu ideyaların inkiaf etməsinə sədaqətlə xidmət edirik.

 

 

Anar İsgəndərov

 

- 1920-1980-ci illərin sonuna qədər Azərbaycan tarixşünaslığında soyqırımla bağlı  bir cümlə belə yazılmayıb. 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il iyulun 15-də Fövqalədə Təhqiqat Komissiyasını yaratdı. Komissiya azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı sənəd şəklinə saldı.

 

- Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra əsl həqiqətlərin üzə çıxarılması istiqamətində xeyli iş görülüb. İlk növbədə, arxivlər açıldı. Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra tarixi həqiqətlərin üzə çıxarılması istiqamətində mühüm addımlar atılıb.

 

- Ümumilli lider Heydər Əliyevin göstərişi ilə o zamandan etibarən Azərbaycan həqiqət­lərinin, o cümlədən soyqırım həqiqətlərinin dünyada tanıdılması istiqamətində mühüm işlər görülür. Tarixçi alimlərimiz də bu baxımdan üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar. Azərbaycanlıların soyqırımı ilə əlaqədar xeyli sayda tədqiqat əsərləri nəşr olunub, sənədli filmlər çəkilib.

 

- Müxtəlif dillərdə tərcümə olunan əsərlər ayrı-ayrı dövlətlərin kitabxanalarında var. Biz bununla dünyaya sübut etmək istəyirik ki, əslində, soyqırıma məruz qalan azərbaycanlılıardır. Dünya ictimaiyyəti həqiqi soyqımın ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədildiyini bilməli və bunu qəbul etməlidir. Bütün bunlar Ulu Öndərin xidmətləridir və bu işlər indi də davam edir.

 

 

X

XƏBƏRLƏR
BÖYÜT