O yuxudan bir il sonra həmin faciə baş verdi - MOTİVASİYA
14:16 – 13 Dekabr, 2016

APA.TV-nin Motivasiya verilişinin bu sayında "yuxu"dan danışılıb. 

 

Cavid Zeynallı:

 

Yuxu beyin fəaliyyət normasının minimal səviyyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji prosesdir. Bu proses məməlilərə, quşlara, balıqlara və bəzi başqa heyvanlara, həmçinin bəzi həşəratlara (məsələn, drozofillərə) məxsus prosesdir.

Bütün canlı varlıqlar öz güclərini bərpa etmək və həyat fəaliyyətini davam etdirmək üçün istirahətə ehtiyac duyurlar. Məcburi yuxu canlıların bütün cismi və zehni fəaliyyətlərini dayandırır.

 

Sevda Sultanova:

 

Yuxu həyatımın ən önəmli parçasıdır. Onu həm tibbi baxımdan vacib sayıram, həm də mistikasına, hansısa mesajlar göndərməsinə inanıram.

Amerikada baş vermiş 11 sentyabr faciəsini öncədən yuxuda görməyimi məsələn, mesaj sayıram. Bu yuxunu, hadisədən bir il əvvəl sentyabr ayında görmüşdüm. Köhnə məhəlləmizdə saysız hesabsız insan dəhşət içində qaçır, hamı isterikadadır və nə olduğunu tam anlamırlar. Hava alaqaranlıqdır və belə təəssürat var ki, axirət günü yetişir. Mən də insan axınına qoşulub qaçıram və bu an haradansa uçan boşqaba bənzəyən cisim qarşımda peyda olur. Qapı açılır, içəridən, əli avtomatlı, üzü bağlı bir ərəb çıxır. Mənə deyir: “Qorxma, sənə heç nə etməyəcəyik, amma amerikalıları məhv edəcəyik”. Haidəsədən bir il sonra məlum faciə baş verəndə, yuxumu xatırladım. Ona görə birmənalı şəkildə yuxunun ilahidən gələn mesajlar yollamasına inanıram.  

 

İlqar Rəsul:

 

İnsan yuxuya gedəndən sonra iflic olur. Ancaq sinə (nəfəs almaq üçün) və göz əzələləri tərpənir. Bu vəziyyət yuxu iflici adlanır və biz hər dəfə onu yaşayırıq dərin yuxuya gedəndə.

Yuxu iflici qoruyucu mexanizmdir. Bu yolla biz ağır yuxular zamanı özümüzə və ətrafa xətər yetirməkdən hifz olunuruq.

Bütün bunlara baxanda aydın olur ki, bizim yuxu görməyimiz qorunsun, saxlansın deyə təkamül prosesi böyük yol keçib.

Axı niyə yuxuların qalması biz insanların təkamülü üçün bu qədər vacibdir? Və nə zaman biz yuxu görməyə başlayırıq?

Yuxular bizə nəyə görə lazımdı. Bəlkə onlar bizi ağıllı saxlamaq üçündür. Yəni gecələr yuxuda qorxmalı,  dəli olmalıyıq ki, gündüzlər ağıllı olaq... 

 

Tam olaraq APA.TV-də izləyin. 

X

XƏBƏRLƏR
BÖYÜT