Xəzərdə neftçi faciəsi
19:15 – 15 Dekabr, 2016

APA.TV-nin “Manşet” verilişində bu gün səhər saatlarında Xəzərdə "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində baş vermiş faciə ilə bağlı müzakirə aparılıb.

“APA Ekonomiks”in əməkdaşı Aqşin Rafiqoğlu və neft eksperti İlham Şaban mövzu ilə bağlı aparıcı İlham Tumasın suallarını cavablandırıblar.

 

Aqşin Rafiqoğlu

- Bu qəza vəzifəli şəxslərin məsuliyyətsizliyinin nəticəsidir. Çünki uçan estakadada xırda təmir işlərini istisna etsək, heç bir əsaslı təmir işi aparılmayıb. Bu, keyfiyyətsiz işin nəticəsidir.

- Estakadanın təmirinə fikir verməli idilər, yararlı olub - olmadığını yoxlamalı idilər. “Azneft” İB-nın N.Nərimanov Neft-Qaz çıxarma idarəsində 2014-ci ildə 3 qəza hadisəsi baş verib. Bu qəza hadisələri zamanı 5 nəfər həlak olub. Bu qəzalardan sonra heç bir qurum bu idarəyə hansısa cəza verməyib.

 

- Eyni məsələ digər fövqəladə hallarda da keçərlidir ki, insan itkisinə səbəb ola biləcək vəziyyətlərdə hasilatın dayandırılması və tədbirlərin gücləndirilməsi üçün çalışılmalıdır. Düzdür, bu sahədə xarici şirkətlərin imkanları daha üstündür, milyardlarla vəsait xərclənilir. ARDNŞ-a isə dövlət tərəfindən bu imkanlar verilməyib. Lakin bununla belə, neft sənayesində ciddi dönüş əldə etmək üçün işçilərlə təhlükəsiz şəraitinin yaxşılaşdırılmasına nəzarət orqanları təkmilləşdirilməlidir. Bədbəxt hadisələr və ölüm halları yalnız o zaman azaldıla bilər.

 

İlham Şaban

- SOCAR-ın balansında olan bu qurğuların yararlığına dair hər il müvafiq dövlət orqanları rəy verirlər. Necə ki, avtomobilin idarə edilməsi üçün «texosmotr» deyilən bir vacib sənədləşmə prosedurundan keçmək vacibdir, burda da elə.

- Gah hava şəraiti, gah onlardan asılı olmayan səbəblərdən, ani reallaşan qəzalardan baş verdiyini deyirlər. Neft sənayesi hazırda ən təhlükəli sahələrdən biri olduğundan burada texnoloji yeniliklər tətbiq edilməli, standartlar dəyişdirilməli, təhlükəsizlik qaydaları ən yüksək səviyyədə təmin edilməlidir. Azərbaycan Dövlət Neft Şirkətində əmək təhlükəsizliyinin idarə olunmasına olan münasibət dəyişmədikcə, hasilatın yüksək olmasından da söhbət gedə bilməz.

- ARDNŞ-nın hazırda fəaliyyətdə olan 50 min işçisi var və bu, Böyük Britaniyanın "British Petroleom” şirkətilə ilə müqayisədə dəfələrlə çoxdur. Buna baxmayaraq, BP-də hər hansı təhlükə və yanğın baş verdikdə ciddi tədbirlər həyata keçirilir. Neft Şirkəti isə bu nəzarəti mütəmadi şəkildə həyata keçirmir.

 

X

XƏBƏRLƏR
BÖYÜT