Yollarda qışı necə keçirəcəyik? - Vaqif Əsədov, Anar Nəcəfli
17:45 – 16 Dekabr, 2016

APA.TV-nin “Manşet” verilişinin bugünkü mövzusu payız və qış aylarında Bakıda, həmçinin Azərbaycanın digər bölgələrində avtomovil yollarının vəziyyəti, həmçinin sürücülərin yol hərəkəti qaydalarına necə riayət etmələri ilə bağlıdır. Verilişin qonaqları Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli mövzu ilə bağlı aparıcı İlham Tumasın, eyni zamanda sosial şəbəkədən verilişi canlı izləyən tamaşaçıların suallarını cavablandırıblar.

Vaqif Əsədov

  • Sürücülər bacardıqları qədər ictimai nəqliyyatdan istifadə etsinlər. Belə hava şəratində nəqliyyat idarə etməyə uyğunlaşan sürücülərı şərait yaradılsın. Eyni zamanda idarə edilən nəqliyyat vasitəsi texniki cəhətdən saz olmalıdır. Təkərləri mövsümü təkərlər olmalıdır. Sürət həddini minimuma endirməklə yanaşı, ara məsafəsi normadan artıq saxlanılmalıdır.
  • Hava şəraitindən asılı olmayaraq, dövlət nömrə nişanları təmiz saxlanılmalı, maşınların fara və işıqları görünməlidir. Belə havada avtomobilin idarə edilməsi sürətlər qutusunun hesabına həyata keçirilməlidir. Buzlu yolda əyləc sistemindən istifadə edilməsi avtomobilin sürüşməsinə səbəb olacaq.
  • Bəzi yerlərdə çirkli gölməçələrdə hərəkət edən avtomobil mühərriklərinin sönməsi sıxlığın yaşanmasına səbəb olub. Paytaxtın enişli-yoxuşlu hissələri, sərt döngələri əməkdaşlarımız tərəfindən nəzarətə götürülüb. Hərəkətin növbəliliyinin təmin edilməsilə bağlı nizamlama işləri davam etdirilir.
  • Bir daha sürücülərdən xahiş edirik ki, texniki cəhətdən saz avtomobilləri idarə etsinlər. Şüşəsilənlərə diqqət edilsin, şinlər mövsümə uyğun olsun. Sürət həddi minimuma endirilsin, ara məsafəsi artırılsın. Xüsusilə piyadaların üst-başını çirkləndirməmək üçün sürücülər diqqətli olsunlar.
  • Belə havalarda yol qəza hadisələri əksərən avtomobillər metereoloji şərait nəzərə alınmadan idarə edildiyi üçün baş verir. Bir də çalışaq ki, belə hava şəraitində avtomobil idarə etməyə uyğunlaşmış peşəkar, səriştəli sürücülərin sərbəst hərəkətinə şərait yaradaq və onların köməyi ilə hərəkəti davam etdirək.
  • Avtomobillər texniki cəhətdən saz, təkərlər qış rejiminə uyğun olmalıdır, təzyiq tələblərə cavab verməlidir. Həmçinin sürət həddi minimuma endirilməli, ara məsafəsi normadan artıq saxlanmalıdır. Piyadalar da gərək onlar üçün ayrılmış ərazilər üzrə hərəkət etsinlər, yolun hərəkət hissəsinə çıxmasınlar.

Anar Nəcəfli

- "Azəravtoyol" ASC-nin balansında olan küçə və prospektlərdə, həmçinin Respublikanın avtomobil yollarında qeyri-sabit hava şəraiti ilə bağlı avtonəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir problem müşahidə edilmir.

- Cəmiyyətin duz-qum qarışığı səpən maşın-mexanizmləri daha çox qar tutan və buzlaşan ərazilərə cəlb olunaraq həmin sahələr nəzarətə götürülüb. Gecə və səhər saatlarında buzlaşmış yollara duz-qum səpilməklə avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti təmin olunub.

- Axşam saatlarında yolların buzlaşma ehtimalı olduğundan maşın-mexanizmlər hazır vəziyyətdə saxlanılır, problemli ərazilər nəzarət altındadır. Atılan qabaqlayıcı addımlara baxmayaraq, sürücülər də bu cür hava şəraitində diqqətli olmalıdırlar.

- Sürücülər özləri də bu havalara hazır olmalıdırlar. Sürücülərin idarə etdiyi avtonəqliyyat vasitələri qış rejiminə hazır olmalıdır. Avtomobillərin şinləri qış şinləri olmalıdır. Əgər sürücü avtomobili yay şini ilə sürürsə, sürüşmə ehtimalı yoxdur, deyə bilmərik və bu halda əlbəttə ki, sürüşmə ehtimalı var.

- Biz hər payız-qış mövsümündə gücləndirilmiş iş rejiminə keçirik. Bununla əlaqədar öncədən tədbirlər planı hazırlanır. Soyuq hava şəraitində, qar yağanda xüsusi ilə nəzarət gücləndirilir. Bütün texnikalar hazır vəziyyətə gətirilir, qum-duz ehtiyatı toplanır.

 

 

X

XƏBƏRLƏR
BÖYÜT