Siyasətdə şəxsiyyət faktoru
19:45 – 23 Dekabr, 2016

APA.TV-nin efirində yayımlanan “Manşet” verilişinin bugünkü mövzusu “Siyasətdə şəxsiyyət faktoru” oldu. Qonaqlar Azərbaycan Prezidenti İlham Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında fikirlərini bölüşüblər. Aparıcı İlham Tumasın suallarına millət vəkilləri Aydın Hüseynov və Elman Nəsirov cavablandırıblar.

 

Elman Nəsirov

 

- Prezidentimizin Ulu Öndərdən əxz etdiyi ən böyük keyfiyyətlərdən biri də vətənpərvərlikdir.

 

- 2003-cü ildə xalq seçim qarşısında qalmışdı: ya keçmişə qayıdış, ya da Heydər Əliyev siyasi kursunun davamı olmalı idi. Xalq bu kursa səs verdi.

 

- Prezident İlham Əliyev Heydər Əliyev siyasətini davam elətdirir, amma sadəcə davam elətdirmir, həm də dəyişən dünyanın tələblərinə uyğun yeniləyir.

 

- Ötən dövrdə ən yadda qalan məqam ictimai-siyasi sabitliyin qorunması, təhlükəsizlik mühitinin yaradılması və qorunması, daimi inkişafdır.

 

- Azərbaycanın multukulturualist ölkə kimi dünyada tanınması Prezident İlham Əliyevin ən uğurlu siyasətidir.

 

Aydın Hüseynov

 

- İlham Əliyev cəmiyyət üçün nümunə olan, Azərbaycan xalqı üçün öz canından keçməyi bacaran, mənalı həyatını xalqa həsr edən Heydər Əliyev ailəsində böyüyüb.

 

- Dünya prezident olana qədər də artıq İlham Əliyev şəxsiyyəti və fəaliyyəti ilə tanış idi.

 

- Heydər Əliyev siyasəti yeni və  daha modern formada İlham Əliyev tərəfindən davam etdirilir.

 

- Prezident İlham Əliyev dünyada qətiyyətli və beynəlxalq aləmdə nüfüzu olan şəxsiyyət kimi tanınır.

 

- Cənab Prezidentin ən uğurlu işlərindən biri də Ali Baş Komandan kimi Lələtəpə əməliyyatıdır.

 

 

X

XƏBƏRLƏR
BÖYÜT