Mətbuatımız: il necə keçdi, nələr gözləyək?
19:23 – 26 Dekabr, 2016

APA.TV-nin “Manşet” verilişinin bügünkü mövzusu mətbuatla bağlıdır. 

 

“2016 necə keçdi, 2017-dən nələr gözləyək?” mövzusunda millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov və millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu İlham Tumasın suallarına cavab veriblər.

 

Əflatun Amaşov

 

İctimai fikir sosial şəbəkələrdə də formalaşmağa başlayıb. Azərbaycan jurnalistləri istədiyi informasiyanı qanun çərçivəsində dövlət qurumlarından ala bilir. Düzdü, bəzi məqamlarda məmurlarımız da informasiyanı verməkdən çəkinirlər ki, jurnalistlər düz yazmayacaq.

 

Adlarını jurnalist qoyan bəzi insanlar və yalançı saytlar, qəzetlər informasiyanı cəmiyyətə vermək üçün yox, aldığı mənbəyə təxribat üçün istifadə edir.

 

Azərbaycan jurnalistikası milli və vətənpərvər jurnalistikadır. Milli Məclisdə informasiya təhlükəsizliyi ilə bağlı qanunun hazırlanmasını təklif etmişəm.

 

Biz istəyirik ki, artıq yeni tipli jurnalist yetişdirək. 2017-ci ildə mediada raklam məsələsi yenidən araşdırmalıyıq, mediaya reklamı əlçatımlı etməliyik. Jurnalistlərin binası 2017-ci ilin yayına qədər hazır olacaq.

 

Hikmət Babaoğlu

İnformasiya artıq əlahiddə gücə çevrilib, bu gün mediadan danışanda onu güc hesab edirlər. 2016-cı ildə Azərbaycan mediası özünün gücünü göstərə bildi. Beynəlxalq münasibətlər fonunda əsas qüvvə mediadır. Milli medianın vəzifəsi odur ki, ora süzgəc qoysun, çirkab informasiyanı təmizləyərək milli mediaya ötürsün.

 

Bu gün əsas məsələ odur ki, media ənənəvi funksiyasını yerinə yetirsin, həm də milli təhlükəsizliyə diqqət etsin.

 

Milli jurnalistika Azərbaycan cəmiyyətinin davamı olduğu üçün, ekstremal vəziyyətdə biz necə davranırıqsa, mətbuat da elə davranacaq.

 

Aprel hadisələrində Azərbaycan mətbuatı mütəşəkkil və daha vətənpərvər oldu. Azərbaycan mətbuatı o mərhələyə çata bildi ki, ölkənin imici naminə, daxili çəkişmələrə son qoyub birləşdi və vətəni müdafiə etdi. Bu bizim jurnalistikaya yeni-yeni gəlir.

 

 

X

XƏBƏRLƏR
BÖYÜT