İli necə kecirdik, gələn ilə necə gedirik?
19:18 – 28 Dekabr, 2016

APA.TV-nin efirində yayımlanan “Manşet” verilişi 2016-cı ilin yekunlarına həsr olunub. Millət vəkili Zahid Oruc mövzu ilə bağlı aparıcı İlham Tumasın suallarına cavab verib.

 

Zahid Oruc

 

- 2016-cı ildə ölkənin həyatını birinci təhlükəsizlik baxımdan dəyərləndirsək, görərik ki, millətimizin həyatını təhdid edən amilllər güclənməyib.

 

- 2016-cı ildə bütün problemlərə baxmayaraq, aprel ayındakı 4 günlük müharibə ölkəmizə imkan verdi ki, ordunun gücünü sınayaq, iqtisadiyyatımızın güclülüyünü göstərək, beynəlxalq aləmin reaksiyasını ölçə bilək. Qalib ordusu olan Azərbaycanın qəbulu daha asandır. Aprel döyüşləri 2016-cı ilin bütün hadisələrindən mühümdür.

 

- Neft beyinləri də iflic edib, nəşələndirmişdi. İndisə büdcənin qorunub saxlanması və uzunmüddətli olmağı əsasdır.  

 

- Kimlərsə dövlətin vəsaitini talayanda vətəndaş qapılarda qalacaq. Ancaq “ASAN” xidmət sübut elədi ki, təmiz işləməyi bacarırıq. Artıq hadisələrə realist baxış var.

 

- Manat sadəcə valyuta deyil, ötən illər ərzində həm də sabitliyin kursu olub. Bu baxımdan manatın qeyri-sabitliyi cəmiyyətə də təsir edir. Manatın kursunun sabitliyinə mütləq nail olmaq lazımdır. Bank sektorununun dinamikliyini, vətəndaşlar üçün normal xidmətini bərpa etməliyik.  

 

- Hökümətin vəzifələrindən biri də xalqın qabağına çıxıb onu məlumatlandırmaqdır. Azərbaycan xalqı qoçaq, qabiliyyətli, zəhmetkeşdi, sadəcə onun qabiliyyətinə investisiya qoymaq lazımdır.

 

X

XƏBƏRLƏR
BÖYÜT