2017-ci ildə dünyanı nələr gözləyir?
14:48 – 29 Dekabr, 2016

APA.TV-nin efirində yayımlanan “Manşet” verilişində 2016-cı ildə dünyada baş vermiş hadisələr və 2017-ci ilə proqnozlaşdırılan olaylar müzakirə olunub. Aparıcı İlham Tumasın suallarını siyasi ekspert Vüqar Zifəroğlu və politoloq Elşad Mirbəşiroğlu cavablandırıblar.

 

Vüqar Zifəroğlu

- 2017-ci ildə Yaxın Şərqdə dəyişiklik olmayacaq, Suriya problemi davam edəcək, mümkündür ki, bu münaqişənin çoğrafiyası daha da genişlənsin. Ərəb ölkələrinin xarici təsirə qarşı birləşib-birləşməmələri gündəmə gələcək. Ancaq düşünmürəm ki, güclü ərəb birliyinin şahidi olaq.

- Trampın prezident seçilməsi İran-ABŞ münasibətlərinə də təsir edəcək. 2017-ci il Türkiyə üçün də ciddi sınaq ili olacaq.

- 2017-ci ildə ABŞ-ın Yaxın Şərqdən çəkilməsi qeyri-mümkündür. ABŞ-İsrail münasibətləri köklü, düşünülmüş bir münasibətdir və bu gün baş verənlərin ciddi nəticəsi olmayacaq. 

- 40 ilə yaxındır ki, Türkiyə Avropa Birliyinə girməyə çalışır, birlik də Türkiyəni qəbul etmək istəmir. Ona görə artıq Türkiyə üzünü Yaxın Şərqə və Türk dünyasına çevirdi.

- Türkiyə ilə Rusiya iqtisadi cəhətdən bir-birinə möhtacdır, amma gerçəklik var ki, Yaxın Şərq və Balkanlarda bu iki dövlət həmişə rəqib olublar.

 

Elşad Mirbəşiroğlu

- Dünyada iki əsas oyunçunun - Rusiya və ABŞ-ın maraqları bütün dünyaya təsir edir. ABŞ Avropanın üzərində bir çətirdir. Avropa sərbəst şəkildə hər hansı qərar vermək iqtidarında deyil.

- 2017-ci ildə də proseslər 2016-cı ildə baş verənlərin davamı olacaq.

- Bu gün ABŞ-ın dəstəklədiyi strategiya qlobal dünya liderliyi strategiyasıdır.

- Rusiya öz taleyini Suriyada həll etdi və ABŞ-ın bu ölkədə mövqe gücləndirməsinin qarşısını aldı.

- Rusiya ilə Türkiyə arasında yaxınlaşma mövcuddur. ABŞ Türkiyə, Rusiya və İran tərəfindən Suriya prosesindən uzaqlaşdırılır.

- Qərb dünyası həmişə Rusiya və Türkiyə arasında qalın sədd çəkməyə çalışıb.

- Türkiyənin perspektivdə Avropa Birliyinə girməsi mümkün deyil.

- 2017-ci ildə dünyanı böyük müharibələr gözləmir. Türkiyə-İran-Rusiya formatında əməkdaşlıq daha da güclənəcək, ABŞ nisbətən kölgəyə çəkilməyə çalışacaq.

 

X

XƏBƏRLƏR
BÖYÜT