ABŞ-İran: Qalibi olmayacaq yeni müharibə ehtimalı
15:10 – 24 Fevral, 2017

Son bir həftə ərzində Suriya ətrafında maraqlı proseslərin şahidi olmuşuq. Türkiyə xüsusi təyinatlıları Əl-Bab şəhərini terrorçulardan tam şəkildə təmizləyiblər.  İŞİD terrorçuları isə Rəqqa şəhərini kütləvi şəkildə tərk etməyə başlayıblar.  ABŞ öz müttəfiqləri ilə Rəqqaya hücuma hazırlaşır. Amerikanın əməliyyatda müttəfiqi isə Türkiyə deyil, PKK-nın Suriya qanadıdır. Rəqqaya hücumda ərəb dövlətləri də iştirak edəcək. Məsələn Səudiyyə Ərəbistanı Suriya ərazisini İŞİD-dən təmizlədikdən sonra İrandan da təmizləyəcəyini açıqlayıb. Suriyada İran-ABŞ, İran-Ərəb qarşıdurması artıq reallığa çevrilib. APA TV-nin "Panoram" proqramında Suriyadakı son vəziyyət müzakirə edilib, ABŞ-İran münasibətlərinə aydınlıq gətirilib.

 

Strateji Araşdırmalar və Beynəlxalq Münasibətlər Mərkəzinin rəhbəri Araz Aslanlı hesab edir ki,  Suriyada baş verən proseslər, başlanğıcından bu günə qədər mürəkkəbləşməyə doğru gedir: "Başlanğıcda rejimin, sistemin dəyişməyi üçün mübarizə aparılırdı. Sonra hakimiyyətə qarşı mübarizə aparan qüvvələrin xarakteri mürəkkəbləşməyə başladı. Prosesin uzanması, mürəkkəbləşməsi və həlsiz qalması, problemə müdaxilə edən xarici qüvvələrin  sayının artmasına səbəb oldu.  İranın və Rusiyanın bu prosesdə aktiv iştirak etdiklərini görürük. Heç də hər zaman bunların üçünün - Rusiya, İran, Türkiyənin maraqlı üst-üstə düşmür. Ərəb dövlətləri baxımından da vahid yanaşma yoxdur. Qərb cəbhəsi əvvəl daha monoton idi, amma getdikcə onların arasında fikir ayrılığı yarandı. Xüsusilə PKK-nın Suriya qolu ilə bağlı Türkiyə ilə Qərb dövlətləri, ABŞ arasında kəskin fikir ayrılığı yarandı ki,  bu gün Türkiyənin Rusiyaya yaxınlaşmasının əsas səbəblərindən biri budur. Suriya qeyri-sabitləşdikcə, terror və terrorçuların olmadı üçün münbit şərait olduqca, Türkiyəyə ordan qaçqın ordusu gəlir və Türkiyə nəzarət edə bilmir ki, bunların hansı PYD, hansı PKK, hansı İŞİD-lə əlaqəlidir". A.Aslanlının sözlərinə görə bütün terrorçu qrupla eyni hədəfdə olmalıdır, ən azı müttəfiqin üçün təhlükəli olanı görmək lazımdır.

 

Türkiyənin iştirakı olmadan, ABŞ-ın Rəqqa əməliyyatını uğurla başa çatdırması ehtimalına münasibət bildirən Araz Aslanlı, Obama dövrü ilə Tramp dövrünü müqayisə edib: "Obama dövründə qeyri-müəyyənlik vardı. Trampla da bağlı qeyri-müəyyənlik var. İkincisi isə Amerika hərbiçilərinin məhdud çərçivədə iştirakı və yerli qrupların dəstəklənməsi. Rəsmi açıqlamalardan belə görünür ki, Türkiyə onun qırmızı cizgilərinin keçilməsi hesabına heç bir əməliyyatı qəbul etməyəcək. Bu pozulsa, Türkiyə üçün Rəqqaya müdaxilə masa üzərində qalacaq. Hesab edirəm ki, Türkiyə daha qərarlı olacaq". A.Aslanlı bu fikirdədir ki, ABŞ növbəti əməliyyatlarda Türkiyənı daha ciddiyə alacaq.

 

"Türkiyə rəsmilərinin açıqlamasından belə görünür ki, mümkün qədər daha çox koalisiya gücünün iştirakı ilə, amma PYD daxil olmamaq şərtilə, Rəqqaya müdaxilə eləsin ki, həm İŞİD-dən təmizlənmə olsun, həm İŞİD-in gücü zəifləsin"- söyləyən Araz Aslanlı, Türkiyənin müstəqil əməliyyat keçirmək niyyəti ilə əlaqələndirib. O həmçinin vurğulayıb ki, Türkiyə indiki xarici siyasət kursunu qoruyub saxlaya bilsə, mövcud xətt davam etsə, Türkiyə-Rəqqa istiqamətində, yaxud digər istiqamətlərdə ya istəmədiyinin reallaşmasına imkan verməyəcək.

 

Ərəb koalisiyasının yaradılması və hərbi əməliyyatlarda fəal iştirak etməsi məsələsinə toxunan Araz Aslanlı, bunu Səudiyyə Ərəbistanı üzərində misallarla  əsaslandırıb: "Baxmayaraq ki, SƏudiyyə Ərəbistanı silah alır, amma uğurlu hərbi təcrübəsi yoxdur, bunu Yəməndə də gördük. Səudiyyə Ərəbistanının təmizlənmə ilə bağlı fəallıq etməsi ehtimal olaraq zəifdir. Səudiyyə Ərəbistanı kənarda prosesə töhfə verə bilər. Müəyyən əməliyyatlarda ola bilsin, Türkiyəyə ilə birlikdə olacaqlar. Çünki bilirsiniz ki, orta müsəlman koalisiyası ideyası var. Ümumiyyətlə, Suriyada vətəndaş müharibəsi uzandıqca, müdaxilələrin uğurluluq potensialın azaldıb. Vuruşmaq Suriyadakı qrupların həyat tərzinə çevrilib. Ona görə də Səudiyyə Ərəbistanı və "Ərəb NATO"sunun təkbaşına müdaxilə etmək imkanını azaldır. İranın dəstəklədiyi qruplarla ABŞ, Türkiyə və digər dövlətlərin dəstəklədiyi qruplar qarşı-qarşıya gəldiyi zaman "Ərəb NATO"su öz töhfəsini verə bilər".  

 

Araz Aslanlıya görə Tramp administrasiyası, Suriyadakı proseslərə Obama administrasiyadan fərqli olaraq birbaşa müdaxilə edə bilər: "Amma bu ya məhdud müdaxilə, ya da müdaxilə etməmək, əvvəlki xəttin davam etməsi ola bilər. ABŞ və Rusiya region dövlətlər deyil, onların daha qlobal maraqları var. Bu maraqların uzlaşması Suriyaya təsir edir. Amerikadan fərqli olaraq, Yaxın Şərqdə Rusiya üçün hərbi mövcudiyyət yalnız Suriyadır. Yəni mövcud vəziyyətdə ABŞ-ın Suriyaya müdaxiləsi olacaq, amma bu Rusiya qədər olmayacaq".  

 

Amerikanın İranı zəiflətmək üçün ABŞ-ın onu Suriya ərazisində müharibəyə cəlb etməsi ehtimalına münasibət bildirən A.Aslanlı bildirib ki, İranın meydan oxuması, ABŞ-ın hərbi potensialı və bu kimi digər məsələlər, ABŞ-ın Suriyada İranla qarşı-qarşıya gəlməsi və onun mövqelərini zəiflətməsinə səbəb ola bilər.

X

XƏBƏRLƏR
BÖYÜT