Türkiyə 40 baş holland inəyini deportasiya etdi
11:07 – 16 Mart, 2017

Türkiyə ərazisindən Hollandiyaya 40 baş "Holstein" cinsli inək göndərilib. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu addım Hollandiyaya qarşı etiraz məqsədi daşıyır.

Çanaqqalanın Biqa qəsəbəsində Türkiyə Ət İstehsalçıları Birliyinin üzvləri bir araya gəlib. Toplantıda 40 baş heyvanın TIR-lara yüklənərək Hollandiyaya geri göndərilməsi qərarı verilib.

Birliyin rəhbəri Bülənt Tunç deyib ki, göndərilən heyvanların sayı simvolikdir. O, Hollandiyanın bu inəkləri qəbul etməyəcəyi təqdirdə heyvanların hamısının kəsilib paylanacağını bildirib.

 

 

X

XƏBƏRLƏR
BÖYÜT