İntihar çıxış yoludurmu?
17:52 – 16 Mart, 2017

Lent.az saytının baş direktoru Qabil Abbasoğlu,

 

Yazıçı Qan Tural

 

Yazar Kəramət Böyükçöl

 

Psixoloq Cavid İmamoğlu

 

Gənc yazar Mövlud Mövludun intiharı cəmiyyətimizi sarsıtmaqla yanaşı, eyni zamanda ciddi müzakirələrə səbəb oldu. Son zamanlar intihar hallarının artmasının səbəbi nədədir? APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsində intiharlarla bağlı məsələlərə aydınlıq gətirilib.

 

Lent.az saytının baş direktoru Qabil Abbasoğlunun fikirlərinə görə, intihar hadisəsinin baş verməsi çox mürəkkəb bir haldır: "Məsələni qloballaşdırmağın tərəfdarı deyiləm, amma bu fərdi bir hadisədir. Bu həmişə olub. Görünür, nə qədər fəal çevrə olsa belə, o çevrə ilə münasibətlərin düzgün qurulmamasının nəticəsidir". Qabil Abbasoğlunun sözlərinə görə intihara qərar vermək üçün ciddi səbəb olmalıdır. 

 

Sosioloq Cavid İmamoğlu intihara tarixi konteksdən yanaşaraq bildirib ki, intihar içi doluluqdan asılıdır: "19-cu əsrə qədər belə düşünürdülər. Sonra araşdırıldı ki, intihar daxili şərtlə bağlı olan deyil, sosial bir fenomendir". Psixoloq iddia edir ki, Azərbaycan reallığında intiharın motivlərini araşdırmaq əvəzinə, hay-küy salır, özümüzü populyarlaşdırır, sonucunu da fikirləşmədən addım atırıq. Psixoloq, bunu cəmiyyətin özümü tənzimləməsini unutduğu ilə əlaqələndirir: "Əgər biz intiharı populyarlaşdırmasaq, sabah heç bir qanun intiharın qarşısını ala bilməz. İntihar məsələsində gözləmək lazımdır, məsələnin intihar olub-olmaması araşdırmalıdır".

 

Yazar Qan Turalı bütün intihar hadisələrin kütləvi informasiya vasitələrində verilib-verilməməsi məsələsinə toxunaraq, bunu mübahisəli məsələ kimi qiymətləndirib: "Amma məşhur şəxsi intiharı istər-istəməz verilməlidir. Statistikaya görə ən çox intihar yazıçılar arasındadır. Ən pis intihar Sveyqin intiharı olub". 

 

Mövludun ailəsi ilə bağlı problemlərinə toxunan yazar Kəramət Böyükçöl hesab edir ki,  bu problem onun intiharına bəraət qazandırmır: "Mövludun maddi problemləri də var idi. Hətta yadıma gəlir, 5-6 ay bundan əvvəl o demişdi ki, məktub yazıb sənə verəcəyəm, sonra da intihar edəcəyəm. Dəfələrlə biz buna güldük. Mövludun bir övladı var idi, gərək ona görə bu addımı atmazdı".

 

İntihara maddi səbəblər baxımında toxunan Qabil Abbasoğlunun sözlərinə görə, bura yalnız böyük məbləğlərdən söhbət gedə bilər: "Milyonlarla borcun ola bilər. Vəziyyətdən çıxış yolunu intiharda görürsən. Amma Mövludun intihar səbəbini pulda görmürəm". İntiharda içki faktoruna toxunan Q. Abbasoğlu bunun da intihara səbəb olmadığı fikrindədir. Depressiyadan çıxış yolunu paylaşmaqda görən Qabil Abbasoğlu, bunun insanların həyatı dərk etmələri baxımından vacib olduğunu vurğulayıb.

 

Cavid İmamoğlu laqeydliyi cəmiyyətin bəlası hesab edir: "Mən cəmiyyət olaraq sosiallığı nədə görürük? Biz laqeyd olmuşuq, eqoist olmuşuq. Başqalarının problemlərini öz problemimiz kimi görmürük".

 

Qanturalı isə məsələnin həllini paylaşmaqda deyil, insanın özündə görür: "İnsanı başa düşən yeganə varlıq        o özüdür". 

X

XƏBƏRLƏR
BÖYÜT