Rəsmi Dəməşq: İsrailin iki təyyarəsini vurmuşuq
14:04 – 17 Mart, 2017

Suriya ordusu ölkə ərazisində İsrailə məxsus təyyarənin vurulduğunu təsdiqləyib.

 

APA TV-nin məlumatına görə, verilən açıqlamada hadisənin səhər saatlarında Palmira yaxınlığında baş verdiyi bildirilib.

 

İsrail qırıcılarI Palmira yaxınlığındakı hədəfə aviazərbə endirərkən Suriya ordusu tərəfindən cavab atəşi açılıb, nəticədə qırıcılardan biri məhv edilib, ikincisi isə ciddi şəkildə zədələnib.

 

Bu arada İsrailin hərbi dairələri Suriya ərazisindəki əməliyyat zamanı qırıcların hava hücumundan müdafiə sisteminin hədəfində olduğunu bildirirərək, hadisə zamanı nə təyyarələrin, nə də mülki vətəndaşların təhlükəsizliyinə hər hansı ciddi təhdid yaranmadığını açıqlayıb.

 

 


 

X

XƏBƏRLƏR
BÖYÜT