Prezident Səudiyyə Ərəbistanı şahzadəsini qəbul edib
14:39 – 17 Mart, 2017

Azərbaycan prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin İdarə Şurasının sədri Turki Al Faysalı qəbul edib.

 

APA TV-nin məlumatına görə, prezident İlham Əliyev Turki Al Faysalın V Qlobal Bakı Forumunda iştirakının əhəmiyyətini vurğulayaraq bunu ölkələrimiz arasında əməkdaşlıq və dostluq əlaqələrinin yaxşı göstəricisi kimi dəyərləndirib.

 

Turki Al-Faysal V Qlobal Bakı Forumunun beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından önəmini qeyd edib. O Azərbaycandakı qonaqpərvərliyin və Bakının ecazkar gözəlliyinin onda dərin təəssürat yaratdığını məmnunluqla qeyd edib. Türki Al-Faysal İçərişəhərdə aparılan bərpa işlərinin onda böyük maraq doğurduğunu deyib.

 

Dövlət başçısı ölkəmizdə son illər tarixi irsin qorunması və müasir arxitektura nümunələrinin yaradılması istiqamətində mühüm işlərin həyata keçirildiyini vurğulayıb.

X

XƏBƏRLƏR
BÖYÜT