Qərb, türk və ərəb milliyyətçiliyi arasında fərq - Avropada faşizmin süqutu
14:45 – 17 Mart, 2017

 

Britaniyanın Avropa İttifaqını tərk etməsinə dair referendum ifrat sağ qüvvələrin qələbəsi ilə başa çatdı. "Brexit"dən sonra Birləşmiş Ştatlarda keçirilən prezident seçkilərində ifrat sağ görüşlü Donald Trampın qalib gəlməsi belə bir sual doğurdu. Yoxsa dünyada qatı millətçi, ifrat sağ təmayül qüvvələrin dönəmi başlayır?  Bu səbəbdən Avropa ölkələrində keçiriləcək seçkilər diqqət mərkəzində idi, xüsusilə ifrat sağın güclənməyə başladığı Niderlandda faşist təfəkkürün qalib gəlib-gəlməyəcəyi  maraq doğururdu. Çünki yaxın zamanlarda Fransa və Almaniyada da seçkilər keçiriləcək. Əgər Britaniya və Amerikada əldə olunan nəticələr Avropa ölkələrində təkrarlansa, bu, Köhnə Qitənin yenidən faşizm köynəyi geyinməsi  demək olacaq. Artıq Niderlandda seçkilər başa çatıb və ifrat sağ təmayül, millətçilik, irqçilik, faşizm ideyasına tapınan Azadlıq Partiyası məğlub oldu. İfrat sağların ilk məğlubiyyəti tendensiyadırmı? Yoxsa Avropada ifrat sağ qüvvələrin süqutu başlayır? APA TV-nin "Panoram" layihəsində bu məsələlər ətrafında ciddi fikir mübadiləsi aparılıb.

 

Araşdırmaçı Əli Allahverdilinin sözlərinə görə Niderlandda ifrat sağların məğlubiyyəti, köhnə qitənin insanlarının millətçilərdən çəkdiyi əziyyətdən çəkdiyinə sübutdur: "İngiltərə çoxdan Avropa Birliyindən çıxmaq istəyirdi, amma bunun qatı millətçiliklə əlaqəsi yoxdur. Sadəcə Avropanın Böyük Britaniyaya iqtisadi yük olması, eyni zamanda miqrant problemi bu məsələni qabardırdı". Ə. Allahverdilinin onu da qeyd edib ki,  Avropada miqrantlardan ötəri yaşanan narahatlıq irqçilik kimi qəbul edilməməlidir, sadəcə onlar qəbul ediləcək şəxslərin araşdırılmasını istəyirlər.

 

Araşdırmaçı Oğuz Məmmədlinin sözlərinə görə Avropa heç vaxt öz millətçilik duyğularından əl çəkməyib: "Tarixə nəzər salsaq ki, Avropanın özü necə zənginləşib.  Avropada müsəlmanlarının sayının get-gedə artması nəticəsində, şəxsi qənaətimə əsasən ortaya İŞİD adlı faktor atıldı. Bu İŞİD-də savaşan insanların əksəriyyəti müsəlmanlardır". Oğuz Məmmədli Avropada faşizmin meydana çıxmasını miqrantlar problemi, eyni zamanda miqrantların avropalaşmaması ilə əlaqələndirir.

 

Əli Allahverdilinin fikirlərinə görə Avropa əslində son zamanlar ateizmə doğru getməyə başlayıb, buna görə də dini məsələlərdən danışmaq düzgün deyil: "Belə baxanda İtaliyaya Keniya, Efiopiyadan o qədər adam köçüb ki, İtaliyada onları dənizə tökmək istəyirlər. Fransada 2015-ci ildə baş verən terror aktında Olland camaat qarşısına çıxaraq demişdi ki, bunu edən müsəlmanlar deyil, Fransada yaşayan fransız vətəndaşlarıdır. Halbuki, bunu törədən müsəlmanlar idi, Şimali Afrikada yaşayan ərəblər idi. Ümumiyyətlə bu gün Avropada yaşayan müsəlmanların əksəriyyəti Aralıq dənizindən köçüb gəliblər". Ə. Allahverdili onu da vurğulayıb ki, bu gün Amerika Universitetlərində elmi personalın böyük bir hissəsini müsəlmanlar təşkil edir.     

 

Avropada islamofobiya anlayışına toxunan Oğuz Məmmədli vurğulayıb ki, islamda olan məzhəblərinin çoxunu birbaşa Avropa dövlətlərinin özləri yaradıblar.

 

İtaliyada təhsil almış Əli Allahverdili İtaliyadakı millətçi əhval-ruhiyyəyə toxunaraq, şimal ilə cənubun arasında fikir ayrılığının olduğunu qeyd edib: "Gedin Şimali İtaliya şəhərlərinə, adamlar cənubi italyanlara yuxarından baxır. Bu da islam fobizmidir? Xeyr. Düşünün bu gün hər hansı bir buddist gəlib mənim ölkəmdə terror törətsə, mənim ona qarşı münasibətim necə olacaq?  Azərbaycanlıların reaksiyası necə olar? Ona görə də avropalıları da qınamaq olmaz". Əli Allahverdili onu da vurğulayıb ki, bu gün Avropada millətçilik anlayışına fərqli münasibət var: "Məsələn italyan millətçiliyinə başqa dövlətlərdən iqtisadi baxımdan güclü olmaq istəyi xarakterikdir. Yəni, Avropada artıq səlib yürüşü düşüncəsi yoxdur. Türk millətçiliyinin kökündə isə qədim ideologiya dayanır. Böyük Turançılıq var".

 

Ərəb millətçiliyinin mövcud olduğunu deyən Oğuz Məmmədli, bunun din üzərində qurulduğunu iddia edir: "Onların millətçiliyinin kökündə din dayanır. Türk millətçiliyinə gəldikdə isə, bizdə humanizm millətçiliyidir. Bizdə xristian da var, buddist də, müsəlman da".  Həmçinin "Avropada səlib düşüncəsi yoxdur" fikrinə toxunan O. Məmmədli Amerikanın Əfqanıstan və İraq əməliyyatlarını misal gətirib: "Əgər səlibçi düşüncəsi yoxdursa, niyə Amerika Əfqanıstanı bombaladı?"

 

Əli Allahverdili hesab edir ki, təriqətçilik millətçilik kimi qəbul edilməməlidir. Ə. Allahverdili onu da deyir ki, Avropa Birliyi dağıldığı andan, oradakı millətlər qatı millətçiliyə üz tutacaq: "Avropanın başında Rusiya təhlükəsi olduğu səbəbindən, Avropa bir-birinə zərbə vurmamağa çalışacaq".

 

 

   

X

XƏBƏRLƏR
BÖYÜT