Ali məktəblərə ilk qəbul imtahanı apreldə keçiriləcək
14:54 – 17 Mart, 2017

Dövlət İmtahan Mərkəzi 2017/2018-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elan edib. Ərizələrin qəbulu martın 16-dan aprelin 10-dək internet vasitəsilə aparılır.

 

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu il imtahanlarda tətbiq olunacaq yeniliklər barədə məlumat verib: “Bu il abituriyentlərə imtahanda iştirak etmək üçün iki şans verilir. İlk imtahanlar apreldə olacaq. Birinci imtahanda iştirak etmək istəməyən şəxslərdən anket formasında soruşulur ki, ”siz birinci imtahana gəlmək istəyirsiniz, ya yox? Gəlmək istəməyənlər apreldə imtahanda iştirak etməyəcəklər. Birinci imtahan bitəndən sonra onlar ikinci imtahana dəvət alacaqlar”.

 

Müsabiqə şərtlərinə gəldikdə isə sədr bildirib ki, qəbul qaydaları Təhsil Nazirliyi tərəfindən təsdiqləndikdən sonra “Abiturient” jurnalında dərc olunacaq. Magistratura və rezidenturaya sənəd qəbulunun vaxtı isə uzadılıb: “Magistratura və rezidentura pillələrinə ərizə qəbulu bu gün başa çatmalı idi. Bugünkü statistik nəticələri analiz edib müəyyən etmişik ki, ərizə verib, təsdiqləməyənlər kifayət qədərdir. Magistraturada 2111 nəfər, rezidenturada isə 900 nəfər ərizəsini təsdiqləməyib. Martın 27 və 28-də də sənəd vermək mümkün olacaq. Tələbə Məzun sistemində haqqında məlumat olan şəxslər bayram zamanı sənəd verə, iştiraklarını təsdiqləyə bilərlər. Martın 29-da magistratura və rezidenturaya sənəd qəbulu bitəcək”.

 

 I-IV ixtisas qrupları üzrə qəbul imtahanı ildə iki dəfə - aprel-may və iyul aylarında keçirilir. Abituriyentlər hər iki imtahanda iştirak edə bilərlər. İkinci imtahanda iştirak etmək istəyənlər mayın 15-dən 22-dək qeydiyyatdan keçməlidirlər.

X

XƏBƏRLƏR
BÖYÜT