ABŞ Şimali Koreyaya səsləndi: Müharibəyə başlayırıq!
15:24 – 17 Mart, 2017

ABŞ hökuməti Şimali Koreyanı müharibə ilə təhdid edib.

 

APA TV-nin məlumatına görə, xarici işlər naziri Reks Tillerson Şimali Koreyanın nüvə silahı proqramını dayandırmayacağı təqdirdə bu ölkəyə hərbi müdaxilə edə biləcəklərini söyləyib.

 

Tillerson bu fikirləri Seulda Cənubi Koreyalı həmkarı Yun Byunq-Se ilə mətbuat konfransında açıqlayıb: "Səbrimiz tükəndi. Çoxlu diplomatik, təhlükəsizlik və iqtisadi tədbir axtarışındayıq. Bütün variantlar masadadır".

 

Dövlət katibi bildirib ki, vəziyyətin hərbi qarşıdurmaya çevrilməsini istəmirlər: "Ancaq silahlı hərəkətə keçməyimizin lazımlığı inandığımız bir nöqtəyə çatdırarlarsa, o vaxt hərbi müdaxilə də masada olacaq".

X

XƏBƏRLƏR
BÖYÜT