"Cənnət görmək istəyən" Azərbaycana gələn turist nə görür?
16:22 – 17 Mart, 2017

Sovet dövründə xalq şairi Süleyman Rüstəmin məşhur bir misrası var idi: “Cənnət görmək istəyən, Azərbaycana gəlsin”. Son illər ölkəmizə turist axını sürətlənməkdədir. Xüsusilə də bayramlar ərəfəsindən turistlərinin  sayında artım müşahidə edilməkdədir. Bəs görəsən cənnət görmək istəyən turistlər, əslində Azərbaycanda nə görürlər?

Ərəblərin Azərbaycan axınna toxunan turizm üzrə ekspert Pərviz Musayev hesab edir ki, din, mentalitet baxımından ən yaxın xalqlara daha çox önəm verilməlidir: “Bu da ki, ərəb xalqıdır. Ərəblərin ölkəmizə axını normal haldır. Vizanın hava limanından alınması, birbaşa uçuşlar, yeməklərin restoranlarda halal olması və ən əsası əmin-amanlıq, aaxına təkan vermək deməkdir. İslam dini bizi bağlayır”. Pərviz Musayev bu fikirdədir ki, əgər din və mentalitet nəzərə alınmazsa, başqa xalqlara üz tutsaq, müəyyən vaxtdan sonra turist axını dayan bilər.

Əməkdar artist Dilarə Əliyeva isə hesab edir ki, turizmdə dini etiqadlara görə ayrıseçkilik salmaq düzgün deyil, bütün xalqları dəvət etmək lazımdır: “Əsas turisti necə qarşılamaqdadır. Mən düşünürəm ki, bizim əgər-əskiyimiz kadr çatışmazlığı, xidmətdir. Ofisiantlarımızın üzü gülmür, elə bil yorğundurlar. Məsələn nömrədə nəsə çatışmır. Bütün günü zəng edirsən, deyirlər bir az gözləyir. Məncə otellərdə belə şeylər olmamalıdır”.  

Jurnalist-tədqiqatçı Anar Rəsulov sözlərinə görə Azərbaycanda xidmət səviyyəsi ürəkaçan deyil: “On iki saat çalışan ofisiant kimə gülsün? Nəyə gülsün? Turist axınına gəldikdə isə, Azərbaycana turist axınının səbəbi bu oldu ki,  manatın ucuzlaşması, insanların əllərində olan sərmayənin burada daha yaxşı dəyərləndiriləcəyini görmələri oldu. Əgər 80-100 dollara bir gecəlik otel kirayələyirdilərsə, bunlar üçün bu 40-50 dollara düşdü. Bu xidmətimiz yüksəltməklə bağlı deyil”.

Pərviz Musayev hesab edir ki, Azərbayacan otellərin qiymətinin baha olması, otellərin istirahət deyil, biznes turizmi üçün tikildiyi səbəbindəndir.

Otellərdə turistlər üçün bütün şəraitin yaratmaq zərurətini qeyd edən Anar Rəsulovun sözlərinə görə otellərdə yerli məhsullardan daha çox istifadə edilsə, qiymətlər də münasib olar. Həmçinin otellərdə nigah haqqında şəhadətnamənin tələb edilməsi məsələsinə toxunan A. Rəsulov, qanunda belə bir maddənin mövcud olmadığını söyləyir: “Xarici turistlərlə bağlı bu məsələni soruşmurlar, amma yerliyə fərq qoymurlar. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev dəfələrlə öz açıqlamalarında bildirib ki, heç bir turistdən nigah haqqında şəhadətnamə tələb edilə bilməz”.

Turistlərə eskort xidmətinin təşkilinin birmənalı şəkildə qanuna zidd olduğunu söyləyən Anar Rəsulov, bu yolverilməz halı daha çox əxlaqi deyil, hüquqi məsələlərlə əlaqələndirir. Turistlər üçün kirayə evlərin verilməsi məsələsinə toxunan jurnalist, hazırda Bakıda 500 belə evin, beynəlxalq sistemində olduğunu vurğulayıb: “Həmin evlər Mədəniyyət və Turizm Nazirliyində qeydiyyatdan keçib, VÖEN alınmalıdır, o zaman evlərin sayı arta bilər”.

 Ov turizmindən bəhs edən Pərviz Musayev iddia edir ki, Azərbaycanda ərəb turistləri tərəfindən ovlanan quşlar oturaq deyil, köçəri quşlardır: “Sadəcə çalışmaq laızmdır ki, qeyri-leqal yolla ova icazə verilməsin”.

Verilişə telefon xətti ilə qoşulan Mədəniyyə və Turizm Nazirliyinin şöbə müdiri Vüqar Şıxəmmədov, Ölkə başçısının fərmanı ilə yaradılan Azərbaycan Turizm Şurasının, hazırda bu sahədəki problemlərin aradan qaldırlması istiqamətində fəaliyyət göstərdiyini vurğulayıb.

X

XƏBƏRLƏR
BÖYÜT