Əfv olunan nigeriyalı futbolçu: "İçəridə Azərbaycan dilini bir az öyrəndim"
17:25 – 17 Mart, 2017

Bu gün 10 , 16 , 11 və Bakı istintaq təcridxanasında prezident İlham Əliyevin dünən imzaladığı əfv sərəncamının icrası həyata keçirilib.  10 saylı cəzaçəkmə müəssisəsində 27 məhkuma Penitensiar Xidmətin rəhbərliyi  buraxılış vərəqələrini təqdim edilib.  Onlardan üç nəfəri əcnəbi vətəndaşdır. 8 il  məhbusluq həyatından sonra əfv edilən Nigeriya vətəndaşı Emmanuel Odex

çox sevincli görünürdü.

 

"Mən futbolçuyam. Bakıda "Şəfa"da oynamışam. Azərbaycan dilini bir az öyrəndim. Narkotikə görə tutulmuşam".

 

Məhkum Zaur İsmayılov da sevinclidir: "Əfv fərmanı mənə də şamil olub. Arzu edirəm dövlətin humanizm prinsiplərindən istifadə edərək prezidentimiz çəmi məhkumların hər birini sevindirsin".

 

Digər məhkum Rəhim Sadıqov prezidentə təşəkkür edib: "Təşəkkür edirəm cənab prezidentə, bu bayram günündə ailəmizi, uşaqlarımızı sevindirdi"

 

1000 nəfərdən yuxarı məhbusu olan 10 saylı cəzaçəkmə müəssisəsində əfv olunanlara çantalarını yığmağa icazə verilir. Kameralara gedən yolda isə onları yüzlərlə məhbus gözləyir.

 

Bakı İstintaq  Təcridxanasından, 11  və 16 saylı cəzaçəkmə müəssisəsindən ümumilikdə daha 27 nəfər əfv olunub.

 

Qeyd edək ki, əfv sərəncamı  ümumilikdə 423 nəfərə şamil olunub. Məhkumlardan 412-i azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilib.  Dörd məhkum şərti azadlıqdan məhrumetmə, bir məhkum islah işləri, üç məhkum isə cərimə cəzasından azad olunub.

X

XƏBƏRLƏR
BÖYÜT