Dolların bayram günlərinə olan məzənnəsi açıqlandı
17:44 – 17 Mart, 2017

Azərbaycan Mərkəzi Bankı martın 27-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

 

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi 1,7201 səviyyəsində müəyyən olunub.


Qeyd edək ki, bu gün Mərkəzi Bank tərəfindən valyuta hərracı keçirilməyib. Manatın orta çəkili məzənnəsi məhz valyuta hərraclarında müəyyənləşir. Valyuta hərracları həftənin çərşənbə axşamı və cümə axşamı keçirilir. Digər günlərdə rəsmi məzənnə dəyişməz qalır.

 

X

XƏBƏRLƏR
BÖYÜT