Vitse-admiral Şahin Sultanova hökm oxundu
18:03 – 17 Mart, 2017

Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanovun cinayət işi üzrə məhkəmə iclası başa şatıb. Hakim Həbib Həsənovun sədrliyi ilə keçən məhkəmə prosesində Şahin Sultanov 8 iı 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası 3 il sınaq müddəti olmaqla şərti hesab edilib.

 

Qeyd edək ki, dövlət ittihamçısı Ş. Sultanovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

 

Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, Hərbi Dəniz Qüvvələrində aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkarlanıb. Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, eləcə də sabiq komandan, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

 

Şahin Sultanov vəzifə saxtakarlığı və mənimsəmə maddələri ilə təqsirli bilinir. 

X

XƏBƏRLƏR
BÖYÜT