Sabah Bakıda dumanlı, çiskinli hava şəraiti gözlənilir
18:52 – 17 Mart, 2017

Bakı və Abşeron yarımadasında martın 18-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Bəzi yerlərdə duman, axşam çiskin olacaq. Cənub küləyi əsəcək.

 

Havanın temperaturunun gecə 3-6 dərəcə, gündüz 8-13 dərəcə, Bakıda gecə 3-5 dərəcə, gündüz  11-13 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Gündüz qərb rayonlarından başlayaraq yağış, dağlıq ərazilərdə  qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 1-6 dərəcə, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

X

XƏBƏRLƏR
BÖYÜT