Gəncədə iki maşın toqquşub, ölən və yaralananlar var
19:00 – 17 Mart, 2017

Gəncədə ağır yol qəzası baş verib. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Şəmkir rayon sakini, 24 yaşlı Kənan Veyislinin idarə etdiyi “KİA” ilə və Gəncə şəhər sakini, 34 yaşlı Lətif Heydərovun idarə etdiyi “VAZ2109” markalı avtomobillərin toqquşması nəticəsində VAZ-ın sərnişini, Samux rayon sakini, 30 yaşlı Tural Sadıqov hadisə yerində ölüb. Sürücülər isə müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi yardım xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanlardan Lətif Heydərovun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

X

XƏBƏRLƏR
BÖYÜT